Accessibility links

Apellyasiya Məhkəməsi AXCP fəalının şikayətini təmin etməyib


Məmməd İbrahim
Məmməd İbrahim

Martın 4-də Bakı Apellyasiya Məhkəməsində Məmməd İbrahimin 10 günlük həbs qərarından verilmiş şikayətə baxılıb və şikayət təmin edilməyib.

Məmməd İbrahimin vəkili onun haqqında məhkəmə qərarının ləğvini istəyib.

Sadıqov bildirib ki, onun polisə müqavimət göstərməsi haqda ittiham da, haqqında çıxarılmış məhkəmə qərarı da əsassızdır. O, AXCP fəalı olduğuna görə saxlanılıb.

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim məhkəmədə deyib ki, fevralın 26-da Milli Şura ilə Xocalı abidəsini ziyarət edən vaxt səhhətində problem yaranıb. Kəskin ağrıları başladığını deyən AXCP funksionerinin sözlərinə görə, partiya yoldaşları onu maşına qoyub xəstəxanaya çatdırmaq istəyib.

"Həmin vaxt yol bağlı olduğundan polislərdən xahiş etdik ki, bizi buraxsınlar. AXCP üzvü olduğumuzu biləndə əksinə, bizi tutdular," İbrahim martın 4-də məhkəmədə danışıb.

Ancaq hakim Rəşad Abdulov apellyasiya şikayətini təmin etməyib. Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məmməd İbrahim fevralın 26-da saxlanılıb. Ona Xətai Rayon Məhkəməsinin qərarıyla 10 gün inzibati həbs cəzası verilib. AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsiylə təqsirli bilinib.

XS
SM
MD
LG