Accessibility links

Apellyasiya məhkəməsi AXCP fəalını həbsdə saxlayıb


Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin Salayevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov bildirib ki, iclas zamanı Salayev 17 saylı cəzaçəkmə müəssisəsində ona olan təzyiqlərdən şikayət edib.

Vəkil həmçinin bildirib ki, Salayev artıq 29-cu gündür ki, fiziki təzyiqə və əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.

"Salayevin vəziyyəti pisdir, 20 kiloqram çəki itirib, lakin aksiyanı sona qədər davam etdirmək niyyətindədir", vəkil qeyd edib.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət verəcək.

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG