Accessibility links

Asiya-Sakit okeanı ölkələrinin Havayda sammitinin rəsmi açılışı olub


Asiya-Sakit okeanı ölkələrinin Havayda sammitinin rəsmi açılışı olub
Asiya-Sakit okeanı ölkələrinin Havayda sammitinin rəsmi açılışı olub

ABŞ prezidenti Barak Obama rəsmi olaraq 21 ölkənin iştirak etdiyi Asiya-Sakit okeanı ölkələrinin Havayda keçirilən sammitini açıq elan edib.

Zirvə toplantısında qonaqları salamlayan cənab Obama görüləcək çox iş olduğunu deyib. ABŞ prezidentinin sözlərinə görə, regionun 3 milyard əhalisi zirvə görüşündən ixracatın artırılması, ticarətin genişləndirilməsi və iş yerlərinin açılması kimi məsələlərin həllini gözləyir.

Cənab Obama deyib ki, APEK təşkilatı bu məqsədləri yeniləşən enerji sahəsində iş yerlərinin açılması və ticarətin genişləndirilməsinə yönəlmiş qaydaların tətbiq edilməsi vasitəsilə nail ola bilər. O, APEK ölkələri liderlərinin tərəqqiyə nail olacağına inandığını bildirib.

Şənbə günü cənab Obama təşkilata daxil olan səkkiz ölkənin lideri ilə azad ticarət zonasının yaradılmasına dair razılıq əldə edib.

XS
SM
MD
LG