Accessibility links

Blinken Ukrayna, Qəzza və ticarət məsələlərinin müzakirəsi üçün Avropaya səfər edəcək


ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna, Qəzza və Haitidəki vəziyyətin müzakirəsi, eləcə də Avropa İttifaqı və Ermənistanla ticarətlə bağlı danışıqlar aparmaq üçün bu həftə Fransa və Belçikaya səfər edəcək.

Dövlət Departamenti Blinkenin səfərinə Parisdən başlayacağını və prezident Emmanuel Makronla Ukraynaya dəstək, Qəzzada İsrail-HƏMAS müharibəsinin genişlənməsinin qarşısının alınması və Haitidə sabitliyin təmin edilməsi ilə bağlı danışıqlar aparacağını bildirib.

ABŞ və Fransa Rusiyanın qonşusuna təcavüzə başlamasından bəri, iki il ərzində Ukraynanın əsas dəstəkçiləri arasında olub.

Blinken həmçinin YUNESKO-nun baş direktoru Odri Azuloyla danışıqlar apararkən ABŞ-ın təhsil, elm və mədəniyyət sahəsində BMT-yə dəstəyini ifadə etməyə hazırlaşır.

ABŞ-ın yüksək səviyyəli diplomatı alyansın 75 illiyini qeyd etdiyi bir vaxt NATO xarici işlər nazirləri ilə görüşmək üçün Brüsselə gedəcək.

Blinkenin Brüsseldə olarkən ukraynalı həmkarı Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberqlə də görüşü planlaşdırılır.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüş cümə gününə təyin edilib. Dövlət Departamenti görüşün diqqət mərkəzində "ticarət tərəfdaşlıqlarının şaxələndirilməssi və humanitar ehtiyacların qarşılanması məqsədi ilə Ermənistanın iqtisadi dayanıqlığına ABŞ və Aİ-nin dəstəyinin yer alacağını bildirib.

Nümayəndə heyətlərinə Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik edəcək.

Blinkenin Belçikadakı son müzakirələri ABŞ-Avropa İttifaqı ticarət və texnologiya məsələləri ilə bağlı olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG