Accessibility links

Rusiyanın ABŞ-dakı səfiri Moskvaya dönüb


Rusiyanın ABŞ-dakı səfiri prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin qatil olduğuna inandığını söyləməsindən sonra Vaşinqton ilə gərginliyin artması fonunda təcili məsləhətləşmələrə çağırıldıqdan sonra Moskvaya dönüb.

Baydenin həftənin əvvəlində televiziya müsahibəsində söylədiyi fikir öz növbəsində Vladimir Putinin ABŞ prezidentinə "can sağlığı" dilə gətirən və insanların başqalarını özlərini həqiqətən gördükləri kimi görməyə meylli olduqlarını söyləyən kəskin bir səsləndirməyə səbəb olub.

Baydenin müsahibəsi ABŞ Milli Kəşfiyyat İdarəsinin direktorunun Putinin "səlahiyyətlərindən istifadə etməklə bir sıra Rusiya hökumət təşkilatlarının Prezident Baydenin namizədliyini və Demokratlar Partiyasını ləkələməyə yönəlmiş əməliyyatlara təsir göstərdiyi" barədə hesabatından sonra baş tutub.

Hesabatda Rusiyanın keçmiş prezident [Donald] Trampı dəstəkləyərək, xalqın seçki prosesinə inamını zəiflətdiyi və ABŞ-dakı sosial-siyasi fikir ayrılığını dərinləşdirdiyi bildirilib.

Kreml hesabatda deyilənləri "əsassız" adlandıraraq rədd edib.

Səfir Anatoli Antonov havaya qalxmazdan əvvəl xəbər agentliklərinə "ehtiyac olduğu müddətdə" Moskvada qalacağını və bir neçə görüşün təyin olunduğunu deyib.

Bayden müsahibəsində Putinə “Ruhunuz olmadığını düşünürəm” dediyini Rusiya liderinin isə ona “Bir-birimizi başa düşürük” cavabını verdiyini də deyib.

ABC-yə müsahibəsi zamanı Putinin qatil olub-olmadığına inanırmı sualının cavabında Bayden "inanıram" deyib.

XS
SM
MD
LG