Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Birləşmiş Ştatlar və digər dövlətlər antisemit və islamofob təhdidlərinin sayının kəskin şəkildə artdığını, bunun da onların dini icmalarının təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olduğunu xəbər verir.
Anti-Diffamasiya Liqası və ya ADL-in məlumatına görə, oktyabrın 7-dən sonrakı dörd həftə ərzində ABŞ-da antisemit hadisələrinin sayı 388%, Amerika-İslam Münasibətləri Şurası-nın (CAIR) hesablamalarına görə isə ABŞ-da islamofobiya hallarının sayının 216% artdığı bildirilib.
Nifrətə qarşı mübarizə aparan hər iki təşkilat Yaxın Şərqdəki ən son münaqişənin - HƏMAS-ın İsrail tarixində ən ölümcül terror aktı çərçivəsində 1200 insanı öldürdüyü və 240 nəfərin qaçırdığı, eləcə də İsrailin Qəzza zolağında 19 mindən çox insanın ölümünə səbəb olan hərbi əməliyyatlarının - 2023-cü ilin sonunda dinə qarşı nifrət zəminində baş verən hadisələrin rekord həddə çatdığını bildirib.
"Amerika-İslam Münasibətləri Şurası 2023-cü ilin oktyabr və noyabr aylarında cəmi 8 həftə ərzində, 2022-ci ildə aldığı şikayətlərin 42%-ni alıb. İsrail və Fələstindəki hərbi əməliyyatların artması, xüsusilə də İsrail hökumətinin Fələstin xalqına qarşı soyqırım niyyəti 2023-cü ildə ABŞ-da son otuz ildə müsəlmanlara qarşı əhval-ruhiyyənin ən ağır dalğalasın səbəb olmağa iddialıdır" deyə, ABŞ-da qərargahlanan müsəlman vətəndaş hüquqları və müdafiə qrupu dekabrın 20-də dərc olunan hesabatında bildirib.
Birləşmiş Millətlər Təşkilatındakı israilli və fələstinli nümayəndələr Qəzzada davam edən müharibədəki "soyqırım"da bir-birini ittiham edib və hər iki tərəf beynəlxalq reaksiya tələb edib.
Anti-Diffamasiya Liqasının keçən həftə açıqladığı hesabatda deyilib ki, iki ay ərzində, oktyabrın 7-dən dekabrın 7-dək qrupun 1979-cu ildən işinə başlamasından bəri ən yüksək sayda antisemit hadisələri qeydə alınıb.
Hesabatda "Anti-Diffamasiya Liqası 2022-ci ilin eyni dövründə 465, bu il isə 2031 antisemit hadisəsi qeydə alıb ki, bu da keçən illə müqayisədə 337% artım deməkdir. Buraya 40 fiziki hücum, 337 vandalizm, 749 şifahi və ya yazılı təzyiq və antisemit ritorikası, İsrail dövlətinə və ya anti-sionizmə qarşı terrora dəstək ifadələri də olmaqla, 905 hadisə daxildir. Orta hesabla son 61 gündə Amerikadakı yəhudilər gündə təxminən 34 antisemit hadisə yaşayıb" deyə, bildirilib.
Forum