Accessibility links

ANS-in “Hesabat”ı bərpa edilib


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalında “Hesabat” verilişinin yayımına qoyduğu qadağanı müvəqqəti ləğv edib. Bu barədə MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli yanvarın 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, qadağa bir gün öncə qoyulmuşdu və jurnalist etikasının, proqramın dekabr və yanvar buraxılışlarında qanunvericiliyin pozulması ilə əsaslandırılıb.

N.Məhərrəmlinin sözlərinə görə, ləğv müvəqqəti xarakter daşıyır və ANS-in baş direktoru Mirşahin Ağayevin bu gün xəstəxanaya yerləşdirilməsilə əlaqədardır.

Eyni zamanda MTRŞ rəhbəri bildirib ki, “Hesabat” verilişinə qadağa qoyulması əsaslı xarakter daşıyır və tamamilə qanunidir.

MTRŞ və ANS arasında münaqişənin mahiyyətinə gəlincə, N.Məhərrəmli deyib ki, telekanal “Abşeron” teleserialının çəkilişilə bağlı öz öhdəliklərini pozub.

“Çəkilişlər 2015-ci ilin iyulunda başa çatmalıydı. Bu məqsədlə MTRŞ telekanala 160 min manat ödəyib. Lakin avqustda bizə bildirilib ki, ANS serialın adını və məzmununu dəyişərək onu “Sevgi” adlandırıb. Bu, ciddi pozuntudur. Bu səbəbdən MTRŞ 40 min manat həcmində son tranşı ödəməkdən imtina edib”, N.Məhərrəmli vurğulayıb.

Sonra MTRŞ rəhbəri ölkədəki bütün telekanalların səviyyəsini kəskin tənqid edib və onların məhsullarının səviyyəsini “dördüncü sort” adlandırıb.

Bu gün səhər “Hesabat” proqramının aparıcısı Mir Şahin Ağayevin səhhəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Yerli medianın yazdığına görə, jurnalistin ürəyində problemlər yaranıb.

Mərkəzi Klinik Xəstəxanadan Ağayevin səhhəti və xəstəlik diaqnozu ilə bağlı məlumat almaq mümkün olmayıb.

“Yalnız yaxınları onunla bağlı məlumat verə bilər. Onlara müraciət edin”, klinikadan Amerikanın Səsinə bildirblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG