Accessibility links

Ankarada ‘May Qiyamı’ ilə bağlı konfrans keçirilib


Türkiyənin paytaxtı Ankarada İran Azərbaycanı və Türkiyədən alimlər, araşdırmaçılar və milli fəalların iştirakı ilə “Güney Azərbaycanda qanlı 22 may və ictimai siyasi təsirləri” adlı konfrans keçirilib.

Aprelin 30-da Ankara Yıldırım Beyazıt Universitetində keçirilən konfrasda məruzəçilər 2006-cı ilin may ayında İranın dövlət qəzetində türklərin aşağılanmasına etiraz olaraq İran Azərbaycanında baş qaldıran kütləvi üsyan və onun ictimai-siyasi təsirlərini dəyərləndiriblər.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən yazılı karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın bir hamam böcəyinə verdiyi farsca suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir.

“Güney Azərbaycanda qanlı 22 may” konfransı Ankara Yıldırım Beyazıt Universiteti və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi təşkilatının əməkdaşlığı ilə təşkil olunub.

Sulduz, Urmiyə, Təbriz və Meşkinşəhr (Xiyav) kimi şəhərlərdə polis zorakılığı bir çox etirazçının ölümü və ya yaralanmasına gətirib çıxardı. Amnesty International beynəlxalq təşkilatı həmin günlərdə yayımladığı bəyanatda 27 nəfərin ölümü ilə bağlı məlumat aldığını bildirib.

Ankara konfransı üçün hazırlanmış posterdə həyatını itirmiş bəzi etirazçıların fotoları yerləşdirilib.

Konfrasda Ankara və Giresun universitetlərinin professorları Nəsib Nəsibli və Selcuk Duman həmçinin araşdırmaçılar və fəallar Hikmet Elp, Məhsa Mehdili, Mehdi Nəimi və Kərim Əsgəri məruzəçi kimi iştirak ediblər.

“Güney Azərbaycanda qanlı 22 may” konfransı Ankara Yıldırım Beyazıt Universiteti və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının əməkdaşlığı ilə təşkil olunub.

XS
SM
MD
LG