Accessibility links

Anjey Kaspşik: Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edin


Anjey Kaspşik
Anjey Kaspşik

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan və Azərbaycan tərəflərini Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə əməl etməyə çağırıb.

Kasprşikin ATƏT-in saytında dərc edilən bəyanatında deyilir: “Tərəflər sərhəddəki son hadisələr barədə məni məlumatlandırdılar, onların narahatlığını bölüşdüm. Hər iki tərəf kəndlərin qoşunların təmas xəttinə yaxın yerləşmələrini qeyd ediblər. Sərhədyanı zonaların sakinləri atəşkəs rejiminin pozulmasından çox əziyyət çəkirlər”.

Mən tərəfləri qarşıdakı Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə əməl etməyə və gərginliyin artmasına səbəb ola biləcək hər cür hərəkətlərdən çəkinməyə çağırıram.

Fürsətdən istifadə edərək qarşıdakı bayramlarla əlaqədar region xalqlarına xoş arzularımı bildirirəm”, - bəyanatda deyilir.

XS
SM
MD
LG