“Qoşunların təmas xəttində baş verənlər ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupu həmsədrləri, həmçinin mənim narahatlığım üçün əsas yaradır”. Bu sözləri APA agentliyinəaçıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.
O, atəşkəsin pozulması zamanı ağır silahlardan istifadə və sərhəd və təmas xəttinə müdaxilə ilə bağlı xəbərlər aldığını bildirib.
“Həmçinin həmin ərazilərdə tələfat barədə də məlumatlar var. Mənim ofisim yanvarın 14-də təmas xəttində monitorinq aparıb. Mən şəxsən bu monitorinqdə iştirak edə bilməmişəm, çünki Vyanada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdəydim. Qayıtdıqdan sonra vəziyyəti monitorinq etmək üçün Dağlıq Qarabağ və İrəvana səfər etdim. Bakıya da gələcəyəm. Hadisələrin gedişi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrini və Minsk qrupu həmsədrlərini məlumatlandırmaqda davam edəcəyəm”.
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Azərbaycan və Ermənistan tərəfinin hədələyici bəyanatları artıb.
Təmas xəttində iri çaplı silahlardan istifadə halları intensivləşir. İtkilər var.