Accessibility links

Angela Merkelin Xristian Demokrat partiyası Baden-Vuerttemberq ştatında məğlubiyyətə uğrayıb(Yenilənib)


Angela Merkelin Xristian Demokrat partiyası Baden-Vuerttemberq ştatında məğlubiyyətə uğrayıb(Yenilənib)
Angela Merkelin Xristian Demokrat partiyası Baden-Vuerttemberq ştatında məğlubiyyətə uğrayıb(Yenilənib)

Almaniya kansleri Angela Merkelin Xristian Demokrat partiyası Baden-Vuerttemberq ştatında mğlubiyyətə uğrayıb. Maşınqayırma sənayesi ilə tanınan bu ştatda keçirilən seçkiqabağı rəy sorğularına görə, seçicilər Yaponiyada nüvə reaktorundakı partlayışdan sonra Almaniyada hökumətin enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz edib. Exit Poll Yaşıllar və Sosial Demokrat partiyalarının 48, Xristian Demokrat partiyasının isə 43 faiz səs topladığını göstərib.

Nüvə enerjisi populyar olmayan Almaniyada dünən 200 min adamın iştirakı ilə kütləvi aksiyalar keçirilib. Aksiyalar Berlin, Hamburq, Keln və Münhen şəhərlərində təşkil edilib. Nümayişçilər 17 nüvə obyektinin əlavə 12 il işlədilməsi planına kəskin reaksiyalar bildirib. Seçicilər bundan əlavə Almaniya hökumətinin Liviya səmalarında qeyri-uçuş zonanın yaradılmasında birtərəf qalmasına da etiraz edir. Almaniya kansleri Angela Merkel bu yaxınlarda 7 nüvə obyektinin müvəqqəti olaraq işini dayandıracağını bəyan etmişdi.

Yaşıllar və Sosial Demokrat partiyalarının 48, Xristian Demokrat partiyası 43 faiz səs toplayıb

XS
SM
MD
LG