Accessibility links

Angela Merkel AŞPA sessiyasında "Azərbaycan laundromatı” ilə bağlı suala cavab verib


2018-ci ildə Avropa Şurasında bir qrup Avropa deputatının Azərbaycan tərəfindən rüşvətlə ələ alınması faktları ətrafında qalmaqal yaranıb ("Azərbaycan laundromatı"). Onlar arasında almaniyalı deputatlar da var idi. Almaniya hakimiyyəti bu işin hallarını araşdırmaq üçün nə edib? Bu sual aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya kansleri Angela Merkelə verilib.

"Azərbaycanla bağlı qalmaqal Bundestaqda araşdırılıb. Bu, çox xoşagəlməz hadisədir və ətraflı araşdırma tələb edir. Deputatlar Ştets və Linder cəzalandırılıblar. Biz bütün sənədləri tədqiq etmişik və qalmaqala cəlb olunmuş bütün ictimai fiqurlar tənqid edilib," deyə Merkel İslandiyalı deputat, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Evarsdottirin (Thorhildur Sunna ÆVARSDÓTTIR) sualına cavabda bildirib.

2019-cu ilin martında Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları Komitəsi "Laundromatlar: mütəşəkkil cinayətkarlığa, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara cavab" adlı tövsiyələrin də yer aldığı yeni hesabat dərc edib.

2019-cu ilin yanvarında Bundestaq rəhbərliyi deputat Karin Strentsi Azərbaycandan əldə edilmiş xarici gəlirlərin bəyan edilməsinə dair parlament qaydalarını pozduğuna görə cəzalandırıb. 2020-ci ilin yanvarında Frankfurt prokurorluğu Karin Strents və Xristian Demokratlar Partiyasının keçmiş üzvü Eduard Lintner barəsində araşdırmaya başlayıb.

Strents deputat toxunulmazlığından məhrum edilib, polis isə onun evində axtarış aparıb.

XS
SM
MD
LG