Accessibility links

Ana hüquq müdafiəçisi olan oğlu barədə ədalətin bərpa edilməsini istəyir


Həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin anası Rahilə Məmmədli oğluna qarşı ədalətin bərqərar olmasına yardım etmək çağırışı ilə prezident İlham Əliyevə müraciət edib.

Elçin Məmməd oğurluq və qanunsuz döyüş sursatı saxlamaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ana insan hüquqlarının pozuntusuna və korrupsiyaya görə məmurları tənqid etməsinin qisası olaraq oğluna qarşı saxta ittiham irəli sürüldüyünü hesab edir.

Bundan başqa, Məmməd hüquqi təmsilçi qismində çoxsaylı vətəndaşın işi üzrə məhkəmə proseslərinə çıxıb, vətəndaşların hüquqlarını müdafiə edib.

“O, dəfələrlə polisə və prokurorluğa çağırılıb, təzyiqə məruz qalıb, 2019-cu ilin sonlarında isə ölümlə hədələnib. Təhdidlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər nəticəsiz qalıb,” ana yazır.

Elçin Məmmədin həbsi Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında tənqidi hesabat dərc etdikdən bir neçə gün sonraya təsadüf edir.

Müttəhimin anası oğlunun səhhətində ciddi problemlər olduğunu və iki nəvəsinin ata qayğısına həsrət qaldığını qeyd edir.

İyulun 7-də Ali Məhkəmədə Məmmədin kassasiya şikayətinə baxılması ərəfəsində ana ölkə başçısından ədalətin bərpa edilməsinə kömək etməsini xahiş edir. O, Ali Məhkəmənin əvvəlki məhkəmə instansiyalarının qərarlarını ləğv edəcəyinə və oğlunu azad edəcəyinə ümid etdiyini bildirir.

2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər Məhkəməsi Elçin Məmmədi “oğurluqda” və “qanunsuz döyüş sursatı saxlamaqda” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq-müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG