Accessibility links

AXCP Təşkilat şöbəsinin əməkdaşı həbs edilib


Elxan Aliyev and Ali Kerimli
Elxan Aliyev and Ali Kerimli

Martın 19-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyevi İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat xidməti məlumat yayıb.

Elektron məhkəmə portalında yayılan rəsmi məlumata görə, Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə günahlandırılaraq barəsində inzibati tənbeh tətbiq edilib.

Öz növbəsində, AXCP Mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, Əliyev həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandırlıb.

"Çünki 510-cu maddəinin sanksiyasında 15 sutkadan çox inzibati həbs yoxdur."

Polis Elxan Əliyevin hansı şəraitdə və hansı səbəbdən saxlanılması ilə bağlı məlumat verməyib.

AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev şəxsi minik avtomobili ilə hərəkət edərkən saxlanılıb.

“O polisin çağırışına tabe olub və polislə birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polisin qanuni çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmaytıb.”

AXCP sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.

“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır,” o qeyd edib.

Elxan Əliyev bundan öncə 2021-ci il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılaraq 20 sutka inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG