Accessibility links

Amnesty International: Suriya hökuməti, habelə rəqib qüvvələrə silah satışına embarqo tətbiq edilməlidir


Amnesty International bildirir ki, İslam Dövləti yaraqlıları İraq ordusunun silah cəbbəxanalarını ələ keçirməklə, dəhşətli zorakılıqlara yol verir. Təşkilat bu qeyri-sabit regiona silah göndərilərkən ciddi yoxlanışa çağırır.

İnsan haqlarının müdafiəsi qrupu Avstraliyada yerləşən Silahların Araşdırılması Mərkəzinə hesabat təqdim edildiyini bildirir. Qurumdan İraq və Suriyada istifadə və 25 ölkədən əldə edilən silahların araşdırılması istənilib. Silah təminatçıları əsasən ABŞ, Rusiya və keçmiş Sovet respublikalarıdır.

Amnesty International və digər insan haqlarının müdafiəsi qrupları İslam Dövlətini zorlamalar, işgəncə, insan oğurluğu və kütləvi qətllər kimi dəhşətli zorakılıqlara yol verdiyini bildirir. İraq və Suriyadan yüz minlərlə insan evlərindən didərgin düşüb.

Təşkilat İraq hökumətini korrupsiyada ittiham edərək, silah anbarlarına lazımi nəzarət etməməkdə günühlandırıb.

BMT-nin Təhlükəsizlik Şurası qrupun silahlarının əksər hissəsini 2014-cü ilin iyun ayında ələ keçirdiyini bildirib.

Amnesty International Suriya hökuməti, habelə müharibə cinayətlərinə yol verən rəqib qüvvələrə silah satışına embarqo tətbiq edilməsinə çağırıb.

XS
SM
MD
LG