Amnesty International Serbiyadan romalar və ya qaraçıların məcburi şəkildə köçürülməsinə son qoymasını tələb edib. Təşkilatın bu gün açıqladığı hesabatında deyilir ki, Serbiya rəsmiləri qaraçıları Belqraddakı evlərindən çıxararaq, yararsız şəraitdə yaşamağa məcbur edir. Amnesty International 2009-cu ilin aprel ayından bəri onların metal konteynerlədən inşa edilmiş yaşayış məntələqində yaşadığını deyir. Qrup Serbiyada qaraçıların sistematik ayrı-seçkilik obyekti olduğunu bildirir. Avropa İttifaqı Avropa ölkələrində 10-la 12 milyon arasında romaların yaşadığını deyir. Qurum üzvü olduğu 27 ölkəni qaraçıların inteqrasiyası və həyat şəraitlərinin yaxşılaşdırılması üçün strategiya qəbul edilməsinə çağırıb. Amnesty International-ın hesabatı sabah keçiriləcək Beynəlxalq Roma gününə təsadüf edir.