Accessibility links

Amnesty International İran rəsmilərini Təbrizdə və Urmiyədə həbs edilmiş azərbaycanlı fəalları dərhal azad etməyə çağırır


Amnesty International İran rəsmilərini Təbrizdə və Urmiyədə həbs edilmiş azərbaycanlı fəalları dərhal azad etməyə çağırır
Amnesty International İran rəsmilərini Təbrizdə və Urmiyədə həbs edilmiş azərbaycanlı fəalları dərhal azad etməyə çağırır

Təşkilat aprelin 2-də keçirilmiş nümayişlər zamanı azərbaycanlıların həbsləri ilə bağlı bəyanat açıqlayıb

Amnesty International təşkilatı bildirir ki, aprelin 2-də Təbrizdə dinc nümayiş zamanı 70, Urmiyədə isə 20 azərbaycanlı həbs edilib. Təşkilatın açıqladığı bəyanatda deyilir ki, nümayişçilər bəndin inşasına görə qurumaq təhlükəsi qarşısında olan Urmiyə gölünün xilas edilməsinə çağırıblar.

Amnesty International –ın bildirdiyinə görə, həbs edilənlərin çoxunun azad edilməsinə baxmayaraq, beş nümayişçinin harada olduğu məlum deyil. Təşkilatın açıqlamasında deyilir ki, Təbrizdə nümayiş zamanı adi geyimdə olan polis və silahlı qüvvələr 70 nəfəri həbs edib, bir çox insan xəsarət alıb. Təbrizdə həbs edilənlərin Həbib Purvali, Cəlil Ələmdar Milani, Əli Salimi və Səid Siyami olduğu deyilir.Urmiyədə aksiya zamanı isə həbs edilmiş 20 nəfər arasında Səid Xızırlının da olduğu deyilir.

Təşkilat İran rəsmiərini həbs edilmiş fəalları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. Azərbaycanlı fəallar son illər Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə bağlı oxşar nümayişlər keçirib.

İranda Azərbaycanlı Siyasi Fəalları Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının aksiya ilə bağlı göndərdiyi videonu izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG