Accessibility links

Əmir Makuyi: Kütləvi etirazlar İran toplumundakı qütbləşməni üzə çıxardı [Audio-Müsahibə]


Əmir Makuyinin fikrincə, son kütləvi etirazlar İranda dövlət və millət arasındakı ayrılığı göstərməklə bərabər, toplumda ictimai siniflər, siyasi qruplar və etnik icmalar arasındakı ayrılığı da üzə çıxardı. Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisinin söylədiklərinə görə, İran İslam Respublikası da toplumdakı bu qütbləşmədən yaxşı şəkildə istifadə edir.

Əmir Makuyi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:11 0:00

“Bu olaylarda insanlar öldürüldü, yaralandı, həbs edildi, hakimiyyətin hədə-qorxusuna və bəlkə də işgəncəyə məruz qaldılar,” deyə, hüquq müdafiəçisi nümayişlərin bir çox qruplar üçün sürpriz olduğunu ifadə edir.

Biz bu etirazlarda müxtəlif ictimai qruplar arasındakı ayrılığı da gördük. Birincisi, azlıqlar və çoxluq arasında olan ayrılığı...
Əmir Makuyi

Əmir Makuyi deyir, “biz bu etirazlarda müxtəlif ictimai qruplar arasındakı ayrılığı da gördük. Birincisi, azlıqlar və çoxluq arasında olan ayrılığı. Bunu Xameneyi də etnik fay xətləri şəklində açıqlamış və daha əvvəl yaşıl hərəkatda da görünmüşdü. İkincisi, elita və ziyalı təbəqəsi ilə adi millət arasındakı ayrılıq. Bunların bəzisi etirazçıları aşağı sinif insanları hesab etdilər. Bir də ki, bu aksiyalar hakimiyyət və millət arasındakı ayrılığı çox açıq şəkildə göstərdi.”

Türk fəalın fikrincə, “demokratiyanı təcrübə etməmiş” və “plüralizmə inanmayan” müxtəlif təbəqələr və cəmiyyətlər arasındakı ayrılıq və qütbləşmə hər kəsdən çox hakimiyyətin xeyrinə olur.

“Plüralizmin olmaması azadlıq və liberalizm uğrunda baş qaldıran hərəkatların heç bir yerə çatmamasına səbəb olur. Çünki, qütbəşməyə səbəb olur. Hərəkatlar və qruplar bir-birini qəbul etmir. Heç zaman ittifaq yarada bilmirlər. Bu şəkildə hər zaman qurbanlıq verəcəklər və hərəkat yatacaq,” deyə o, dilə gətirir.

Hakimiyyət ayrılıqlardan istifadəsini edir. Çünki, farslar qalxanda biz himayə etmirik. Biz qalxanda onlar himayə etmir.
Əmir Makuyi

Əmir Makuyi hakimiyyətin toplumdakı qütbləşmə və ayrılıqlardan sistemli şəkildə istifadə etdiyini söyləyir.

“Hakimiyyət ayrılıqlardan istifadə edir. Çünki, farslar qalxanda biz himayə etmirik. Biz qalxanda onlar himayə etmir. Hakimiyyət fars bölgələrində kütləvi etirazlar olanda onları susdurmaq üçün türk bölgələrindən polis və hərbi qüvvələr aparır, türk bölgələrində aksiyalar olanda isə, fars bölgələrindən gətirir,” deyə hüquq müdafiəçisi əlavə edir.

XS
SM
MD
LG