Accessibility links

Amerikaya qarşı hücum cəhdinə dair əsaslı dəlil yoxdur


Amerikaya qarşı hücum cəhdinə dair əsaslı dəlil yoxdur
Amerikaya qarşı hücum cəhdinə dair əsaslı dəlil yoxdur

ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano bildirib ki,11 sentyabr terror aksiyalarının 10-cü ildönümündə Əl-Qaidə və ya onun müttəfiqlərinin Amerikaya qarşı hücum cəhdinə dair əsaslı dəlil yoxdur. Lakin nazir rəsmilərin sayıqlığa çağırdığını deyib. Bugünkü açıqlamasında xanım Napolitani bildirib ki, təhlükəsizlik ölçüləri qüvvədədir.

Bu arada, ABŞ Dövlət Departamenti səyahət xəbərdarlığı yayıb. Xəbərdarlıqda xaricə səfər edən və ya xarici ölkələrdə yaşayan amerikalıların Əl-Qaidə təhlükəsindən ehtiyat etməsinə çağırılır. Dövlət Departamenti təhlükəyə dair dəlil olmadığını bildirsə də, amerikaıları sayıqlığa çağırıb.

XS
SM
MD
LG