Accessibility links

Amerikanın Səsinin Azərbaycan Xidməti banisinin xatirəsini anır


Yusif Qəhrəman 1918-ci il, mayın 10-da Gəncə mahalının Cəfərli kəndində anadan olanda, müstəqil Azərbaycan dövlətinin yaranmasına 18 gün qalırdı.

Onun atası Nəsif Heydərzadə müstəqil Azərbaycan dövlətinin yaranmasında fəal iştirak edən şəxsiyyətlərdən idi.

İki il sonra Sovet Rusiyası Azərbaycanı işğal edəndə Nəsif və onun beş qardaşı Müsavat hökumətindəki fəaliyyətlərinə görə edam olundular.

Müharibədə əsir düşməzdən öncə Yusif Qəhrəman sovet ordusunda leytenant idi.
Müharibədə əsir düşməzdən öncə Yusif Qəhrəman sovet ordusunda leytenant idi.

Həmin vaxt Nəsifin kiçik qardaşı Məmməd gənc olduğuna və siyasi fəaliyyət göstərmədiyinə görə sağ qala bilir. O, və xanımı Telli körpə Yusifi övladlığa götürüb böyüdürlər.

Gənc Yusif 1930-cu illərin sonunda sovet ordusunda leytenant qismində xidmətə başladıqdan az sonra Nasist Almaniyası Sovet İttifaqına hücum edir. Almanların “Blitzkreig” adı ilə tanınan ildırımsürətli hücum əməliyyatları gedişatında Yusif əsir düşür.

Əsir düşərgələrindən sağ çıxan Yusif müharibənin sonunda ABŞ və Britaniya qüvvələrinin nəzarətində olan Qərbi Almaniyaya yol tapır. Münhendə Yusif Qafqazdan gəlmiş icma üzvləri ilə sıx əlaqələr qurmağa başlayır.

Yusif Qəhrəman Münhendə, 1947.
Yusif Qəhrəman Münhendə, 1947.

1948-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən Yusif ABŞ Xarici Xidmət rəsmisi Ed Aleksandrın yardımı ilə həmin vaxt yenicə təşəkkül tapmış və Nyu York şəhərində iqamətgahlanan Amerikanın Səsinə cəlb olunur.

1952-ci ildə Yusif Qəhrəmanın rəhbərliyi altında Amerikanın Səsinin Azərbaycan Xidməti rəsmi fəaliyyətə başlayır. Soyuq Müharibənin ilk illərində formalaşan Amerikanın Səsinin Azərbaycan Xidmətinin başlıca hədəflərindən biri sovet propaqandasını yarmaq, dünyada baş verənləri doğma dili Azərbaycan türkcəsi olan insanlara çatdırmaq idi.

Məhz Yusif Qəhrəmanın rəhbərliyi dönəmində Amerikanın Səsinin Azərbaycan Xidməti Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə saxlayaraq onun xalqa müraciətini yayımlayır. Rəsulzadənin 28 may İstiqlaliyyət Günü münasibətilə rus işğalında olan millətinə Amerikanın Səsi vasitəsilə müraciəti dövlət qurucusunun nadir səsyazmalarından biri olaraq qalır.

M. Ə. Rəsulzadənin Amerikanın Səsində millətə müraciəti
please wait

No media source currently available

0:00 0:05:53 0:00

1950-ci illərin ortalarında sovet diktatoru İosif Stalinin ölümündən bir qədər sonra ABŞ-da büdcə ixtisarları və kadr çatışmazlığı ilə əlaqədar Amerikanın Səsinin bir sıra dil xidmətləri, o cümlədən Azərbaycan Xidməti qapanır.

1950-ci illərin ortalarında Amerikanın Səsinin Azərbaycan Xidməti qadıldıqdan sonra Yusif Qəhrəman radioloq olaraq ABŞ paytaxtının Corc Vaşinqton hospitalında işləyir.
1950-ci illərin ortalarında Amerikanın Səsinin Azərbaycan Xidməti qadıldıqdan sonra Yusif Qəhrəman radioloq olaraq ABŞ paytaxtının Corc Vaşinqton hospitalında işləyir.

Çox mehriban, gülərüz insan idi - oxumuş, mütaliəli bir adam. Hər kəsə yardım etmyə hazır olan bir insan idi. Xoşu gəlməzdi ki, kimisə incitsin. Daim insanları ruhlandırardı.
Mirzə Xəzər, Amerikanın Səsinin Azərbaycan Xidmətinin sabiq rəhbəri

Bu dönəmdə radiologiya texniki vəsiqəsini qazanan Yusif Qəhrəman Corc Vaşinqton hospitalında işləməyə başlayır. Həmin illərdə ailə həyatı quran Yusif bəy üç oğul ərsəyə gətirir.

On illər sonra 1980-ci ildə ABŞ prezidenti seçilən Ronald Reyqan sovet istibdadında olan millətlərə xüsusi diqqət ayıraraq dil xidmətlərinin bərpası təşəbbüsü ilə çıxış edir. Amerikanın Səsinin Azərbaycan Xidməti 1982-ci ildə yenidən fəaliyyətə başlayır.

Xidmətin bərpasından az sonra Yusif Qəhrəman Amerikanın Səsinin Azərbaycan Xidmətinə qayıdır.

Yusif Qəhrəman xanımı Şuşan və digər ailə dostları ilə.
Yusif Qəhrəman xanımı Şuşan və digər ailə dostları ilə.

“Çox mehriban, gülərüz insan idi - oxumuş, mütaliəli bir adam. Hər kəsə yardım etmyə hazır olan bir insan idi. Xoşu gəlməzdi ki, kimisə incitsin. Daim insanları ruhlandırardı,” deyə 1985-87 ci illər arasında Amerikanın Səsinin Azərbaycan Xidmətinin rəhbəri olmuş Mirzə Xəzər həmkarını xatırlayır.

Oxşar sözləri Amerikanın Səsinin Azərbaycan Xidmətinin digər sabiq rəhbəri Həsən Cavadi səsləndirir.

"Gözəl, mehriban bir insan idi. Təmkinli şəxs idi, aramla danışardı," deyə Cavadi Yusif Qəhrəmanla təmaslarını xatırlayır.

1988-ci ildə, sovet lideri Mixail Qorbaçovun “yenidənquma” və “aşkarlıq” siyasəti fonunda yaşanılan siyasi yumşalma dönəmində Yusif Qəhrəman onu boya-başa çatdırmış əmisinin xanımı Telli ilə telefon əlaqəsi qurmağa nail olur. Telefon söhbətindən Yusif bəy xəbər tutur ki, 1920-ci illərdə sürgün edilmiş anası Fatimə xanım Sibirdə vəfat edib.

Yusif Qəhrəmanın məzarı. Fotoda: oğul Yusif Qəhrəman (ortada) və Amerikanın Səsinin mərhum əməkdaşları Əsgər Süleymani (solda) və Bulud Mehmandarlı (sağda).
Yusif Qəhrəmanın məzarı. Fotoda: oğul Yusif Qəhrəman (ortada) və Amerikanın Səsinin mərhum əməkdaşları Əsgər Süleymani (solda) və Bulud Mehmandarlı (sağda).

1990-cı ildə sərhədlərin qismən açılmasından sonra doğma vətənə səfər etməyi planlaşdıran Yusif Qəhrəman həmin il iyulun 9-da Virciniya ştatındakı evində baş verən faciəvi yanğın nəticəsində dünyasını dəyişir.

Amerikanın Səsinin Azərbaycan Xidməti Azərbaycan xalqına etibarlı informasiya çatdırılmasında müstəsna əməyi olmuş Yusif Qəhrəmanın xatirəsini ehtiramla anır.

XS
SM
MD
LG