Accessibility links

Amerikanın rəngarəng kəndləri


Amerikanın rəngarəng kəndləri
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Amerikanın rəngarəng kəndləri

Nyu York şəhərindən 160 km aralıda yam-yaşıl təbiətə sahib Katskil dağları yerləşir. Katskil dağlarında həm yay, həm qış idman növləriylə məşğul olmaq üçün xüsusi mərkəzlər var. Nyu Yorkda yaşayan insanlar il boyu dağlarda velosiped sürüb, kamplar keçirtmək, qış aylarında isə snoubord, xizək sürmək üçün Katskilə üz tutur.

Katskil filmlərdən görməyə alışdığımız ağacların arasındakı bəmbəyaz evlər, nağılları xatırladan ab-havasıyla məhşurdur. Dağların başında rəngarəng Tannersvil kəndi yerləşir. İllər öncə bu kəndin adi kəndlərdən heçbir fərqi yox idi. Sonra bu kəndə Nyu Yorklu rəssam Elena Paterson köçür. Elena meşənin dərinliklərindəki evini əlvan rənglərə boyamaq qərarına gəlir. Bir müddət sonra Elenanın evi məşhurlaşır. Yoldan keçənlər maşınını saxlayıb rəngarəng evlə şəkil çəkdirir.

Bu hadisə Tannersvilin meri Glen Veyantın diqqətini çəkir. O qərar verir ki, kəndi standart kəndlərdən fərqli, qeyri-adi yerə çevirsin. Beləliklə, Elena öz evi kimi bütün kəndi əlvan rənglərə boyayır. Kəndin hər tərəfində özünüzü ya nağıllar dünyasında, ya da cizgi filmində hiss edirsiniz. Bu hadisə Tannersvilin popularlığını artırır və hər il minlərlə turistin diqqətini çəkir.

Dağların başında yerləşən ucqar kənddəki sosyal həyat adi kənd həyatından çox fərqlənir. Burada bir çox kofeşoplar, barlar və restoranlar var. İncəsənət qalereyalarından tutmuş, kinoteatra, musiqi festivallarına caz konsertlərə, aktiv idman növlərinə, qolf klublarına qədər fərqli əyləncələrə rast gəlmək olar. Bir sözlə, yerli camaat burada darıxmağa vaxt tapmır.

Şəhər həyatından uzaqda yaşamağı seçən camaatın həm xərcləri daha azdır, həm də şəraiti heç də şəhərdən geri qalmır.

XS
SM
MD
LG