Amerikanın Əfqanıstanın Qəndəhar vilayətindəki bazası hücuma məruz qalıb. Yaxınlıqdakı binadan 3 yaraqlı bazanı atəşə tutub. Daha sonra onlardan ikisinin öldürüldüyü bildirilir. Hücum NATO rəsmiləri tərəfindən təsdiq edilib. Koalisya qüvvələri itki verməyib. Bir əfqan əsgəri hücum zamanı yaralanıb. Baza yaxınlığında partlayıcı maddələrlə dolu maşın aşkar edilib. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.