Sual-Türkiyə prezidenti Abdulla Gülün Azərbaycan səfəri yüksək qiymətləndirilsə də, imzalanması gözlənilən bəzi razılıqlara toxunulmadı. Nəyə görə yaxınlıqlarını vurğulayan bu ölkələr arasında viza məhdudiyyətləri aradan qaldırılmır?
Cavab-Türkiyə Azərbaycanla viza məsələsini həll etmək arzusunda idi. Lakin Azərbaycan buna razı olmadı. Bəlkə də Bakı ilə Ankara arasında bizim bilmədiyimiz bir sıra problemlər var. Azərbaycan Türkiyənin Ermənistanla sərhədlərini açmaq qərarından narahatdır. Bəldə bu problem gələcəkdə aradan qaldırılacaq. Amma prezident Gülün bu dəfəki səfəri zamanı Azərbaycan bəlkə bir siqnal vermək üçün məsələyə toxunmamağa üstünlük verdi.
Sual-Mərmərə hadisələrindən sonra Türkiyənin İsraillə münasibətlərinin pozulması, son zamanlar Vaşinqtonla Ankara arasında soyuqlaşmaya səbəb olub. Amerikanın dəstəyini itirməsi Türkiyənin regiondakı nufuzuna necə təsir göstərir?
Cavab-Türkiyə regionda nüfuzlu bir ölkə olmağa çalışır. Lakin bunu təkbaşına etmirdi. Amerikanın yaxın müttəfiqi kimi Türkiyənin regionda gücü artırdı. Hazırkı durumun təhlükəli tərəfi Türkiyənin İsrail və İranla bağlı mövqeyinə görə Amerikanın dəstəyini itirməsidir. Bu onun regiondakı nüfuzunu azaldır.
Sual-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin dəyişməz mövqeyi beynəlxalq ictimaiyyətin təsirləri altında dəyişə bilərmi?
Cavab-Düşünmürəm. Türkiyə ilə Ermənistan arasındakı münasibətlər bir nöqtəyə qədər irəlilədi, lakin Qarabağ münaqişəsinə görə inkişaf etmədi. Türkiyə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmayınca heç bir addım atılmayacağını elan edib. Bu, Vaşiqntonu narahat edir. Mən Qarabağ münaqişəsinin tez bir zamanda həll ediləcəyinə inanmıram. Ermənistanın geri çəkilmək niyyətində olmaması və Moskvanın Ermənistandakı nüfuzunu qoruması, problemdən Bakıya qarşı bir silah kimi istifadə etməsi ilə Türkiyə-Ermənistan münasibətləri inkişaf etməyəcək.
Sual-ABŞ-ın Azərbaycandakı səfri vəzifəsinə nominasiya edilən Metyu Brayzanın təsdiqinin gecikdirilməsinin erməni lobbiçiliyinin təsirləri ilə əladar olduğu deyilir. Cənab Brayzanın təsdiqi nə qədər realdır?
Cavab-Brayza Senatın Xarici Əlaqələr Komitəsi və Konqresin təsdiqini əldə etməlidir. Seçkilər ilində adətən lobbilərin gücü artır. Ermənilər həmişə Metyu Brayzanın əleyhinə olub. Komitədə iki və ya üç senatorun Brayzanın əleyhinə olması komitənin sədri senator Kerrini geriyə çəkilməyə vadar edib. Klintonun rəhbərlik etdiyi Dövlət Departamentinin mübarizə qalxacağı bəlli deyil. Hətta mübarizə başlasa belə, bunun təsirə malik olacağı aydın deyil.