ABŞ-ın 11 konqresmeninin köməkçisi Bakıya gəlib. Nümayəndə heyəti Milli Məclisdə və digər hökumət qurumlarında görüşlər keçirəcək.
Konqresmenlərin köməkçiləri bu gün Azərbaycan Milli Məclisinin Amerika Konqresi ilə dostluq qrupuna daxil olan deputatlarla görüşüb. Dostluq qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsi radiosuna bildirib ki, görüşdə Azərbaycan-Amerika münasibətləri, tərəfdaşlığın perspektivləri, regionda istimai-siyasi durum və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər əsasən tanışlıq xarakteri daşıyır. “Konqresmenlərin köməkçiləri Azərbaycanda mövcud durumla tanış olacaq, ümumi vəziyyəti öyrənəcək”, - deyə o qeyd edib.