Accessibility links

"Biz sizə həqiqəti söyləyəcəyik.”


Amerikanın Səsinin diktorlarının qrup şəkli. VOA bir vaxtlar "ABŞ İnformasiya Agenlitiyinin" tərkibinə daxil idi.
Amerikanın Səsinin diktorlarının qrup şəkli. VOA bir vaxtlar "ABŞ İnformasiya Agenlitiyinin" tərkibinə daxil idi.

1942-ci il, 1 fevralda ABŞ II Dünya Müharibəsinə daxil olduqdan yeddi həftə sonra Nyu Yorkdakı kiçik studiyadan Almaniyaya 15 dəqiqəlik qısa radio proqramı yayımlandı.

Xəbərlər bizim üçün yaxşı ola bilər. Xəbərlər pis ola bilər. Ancaq biz sizə həqiqəti söyləyəcəyik.

Proqram Amerikanın vətənpərvər mahnısı “Respublikanın Döyüş Himni” ilə başlandı. Sonra Vilyam Harlan Heylin səsi eşidildi. “Biz sizə Amerikadan Səsləri gətiririk. Bu gün və hər gün indən belə biz sizə Amerika və müharibə haqda danışacağıq. Xəbərlər bizim üçün yaxşı ola bilər. Xəbərlər pis ola bilər. Ancaq biz sizə həqiqəti söyləyəcəyik.”

Bu, 75 il sonra Vaşinqton şəhərində qərargahlanan Amerikanın Səsinin (Voice of America) ilk yayımı idi.

Müharibənin sonunadək Amerikanın Səsi 40 dildə proqram yayımlayırdı ki, bunlar musiqi, xəbər və şərhləri əhatə edirdi.

O vaxtdan bəri Amerikanın Səsi beynəlxalq multimedia yayım təşkilatına çevrilib. Xəbər agentliyi 47 dildə radio televiziya və mobil də daxil olmaqla müxtəlif platformalarda proqramlar yayımlayır.

Çexoslovakiyanın üç sabiq sakini Amerikanın Səsində çexlərə həmin ölkənin kommunist rəhbərliyinin Associated Press müxbiri Vilyam Oatisi necə həbs etdiklərini danışırlar. 6 sentyabr, 1951.
Çexoslovakiyanın üç sabiq sakini Amerikanın Səsində çexlərə həmin ölkənin kommunist rəhbərliyinin Associated Press müxbiri Vilyam Oatisi necə həbs etdiklərini danışırlar. 6 sentyabr, 1951.

Həmin o ilk yayımda Heylin sözləri gələcək proqramlar üçün standart qoydu.

1976-cı ildə “davamlı şəkildə obyektiv və etibarlı xəbər mənbəyi” olacağını təsbit edəndə Amerikanın Səsinin xartiyası həmin sentimentləri özündə əks etdirirdi.

“Bizim ilk dəfə obyektiv xəbər və informasiya yaymağa başladığımızdan 75 il ötür," Amerikanın Səsinin Direktoru Amanda Bennett bildirib. “Və indi, düşünürəm ki, bu, həmişəkindən daha vacibdir.”

İllər boyu Amerikanın Səsinin müxbirləri və tərəfdaşları dünyanın müxtəlif bölgələrindən qaynar xəbərlər veriblər.

2016-cı ildə dünya boyu bütün platformalarda Amerikanın Səsinin həftəlik izləyicilərinin sayı 236 milyonu ötüb.

XS
SM
MD
LG