Accessibility links

Amerikana: Stanford Universiteti [Video]


Amerikana: Stanford Universiteti
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerikana: Stanford Universiteti

Dünyanın ən güclü ikinci tədris ocağı olan Stanford məzunlarının ümumi orta illik gəlirlərinin cəmi 2.7 trilyon dollara bərabərdir

Amerikana proqramının əvvəlki buraxılışlarında sizə dünyanın bir nömrəli universiteti olan Harvard haqqında məlumat vermişdik. Bu gün isə son göstəricilərə görə ikinci ən güclü təhsil ocağındayıq. Söhbət Stanford Universitetindən gedir.

Sözdə dünyanın ikinci ən güclü universiteti sadə səslənsə də, gəlin bunu bir qədər fərqli yolla izah edim. Təsəvvür edin ki, hər gün ən azı bir dəfə daxil olduğunuz Google.com-un təsisçisi, HP, Nike, Yahoo, İnstragram və bir çox başqa nəhəng korporasiyaların yaradıcıları məhz bu universitetin istehsalıdır, məzunudur.

Stanfordun məzunlarının ümumi orta illik gəlirlərinin cəmi 2.7 trilyon dollara bərabərdir. Yəni, məzunlar birləşib bir dövlət qursaydı, bu, dünyanın ən güclü 10-cu iqtisadiyyatı - dövləti olardı.

Yetərli deyil?

O zaman təəccüblənməyə hazır olun. Stanfordun məzunlarının ümumi orta illik gəlirlərinin cəmi 2.7 trilyon dollara bərabərdir. Yəni, məzunlar birləşib bir dövlət qursaydı, bu, dünyanın ən güclü 10-cu iqtisadiyyatı - dövləti olardı.

Ancaq belə qüdrətli universitetin yaranmasına sadə bir qızdırmanın səbəb olduğunu desəm yanılmaram. Tarixə nəzər salaq.

Tarixi

Stanford Universiteti 1885-ci ildə Kaliforniyanın qubernatoru və senatoru, eləcə də dəmir yolu maqnatı Leland Stanford tərəfindən təsis edilib. Leland və həyat yoldaşı Jane Lathrop 1884-cü ildə 15 yaşlı oğullarının qızdırmasının olduğunu aşkar edirlər. Həkimlərin qarın yatalağı diaqnozu qoyduğu yeniyetmə dünyasını dəyişir və Stanfordlar ailəsi övladlarının xatirəsini yaşatmaq və xəstəliyin müalicəsini tapmaq üçün Stanford Universitetini yaradır. 1891-ci ildən institut kimi fəaliyyətə başlayan Stanfordda təhsil haqqı uzun müddət pulsuz olub. Ancaq 1893-cü ildə Leland Stanfordun ölümündən, kampusların böyük əksəriyyətinin 1906-cı ilin tarixə düşmüş zəlzələsi nəticəsində dağılmasından sonra maliyyə çətinlikləri ilə üzləşən universitetdə bu ənənəyə 1920-ci ildə son qoyulur.

Stanfordda illik təhsil haqqı hər tələbəyə təqribən 65 min dollara başa gəlir. Bu, çox bahalı təhsil proqramıdır. Bundan əlavə Stanford Universitetinə hər il 42 mindən çox məzun sənəd verir və bunlardan yalnız 5 faizi universitetə qəbul olunur"
Əsgər Möhsümoğlu

Bu gün bu ənənə çoxlarının arzusu olsa, təəssüf ki, belə deyil, hətta əksinə təhsil göstəricisində olduğu kimi, tədris haqqında da Stanford layiq olduğu yerdədir.

"Stanfordda illik təhsil haqqı hər tələbəyə təqribən 65 min dollara başa gəlir. Bu, çox bahalı təhsil proqramıdır. Bundan əlavə Stanford Universitetinə hər il 42 mindən çox məzun sənəd verir və bunlardan yalnız 5 faizi universitetə qəbul olunur" - deyə universitetin məzunu, tarix elmləri doktoru Əsgər Möhsümoğlu bildirir.

1999-cu ildə bu 5 faiz arasında Əsgər Möhsümoğlu da olub. O, Stanfordda təhsil alan ilk azərbaycanlılardan biridir. Çoxları kimi o da razılaşır ki, baha olmasına baxmayaraq, bu universitetdə o qədər pul ödəməyə dəyər: "Stanford Universitetində oxumaq özü əlahiddə bir imtiyazdır. Amma o biri tərəfdən bu universitetin verdiyi təhsil, bəxş etdiyi elmi təcrübə tələbələrə elə keyfiyyətlər verir ki, bu, onların gələcək uğurunun əsasını qoyur. Təsadüfi deyil ki, Google, Yahoo!, Nike, Hewlett-Packard kimi dünya şöhrətli təşkilatların təsisçiləri məhz Stanford Universitetinin məzunlarıdır".

Stanford əsasən texnologiya elminin inkişafındakı roluna görə tanınsa da, məzunları arasında ABŞ və başqa ölkələrin prezidentləri, dövlət katibləri, digər dünya liderləri, eləcə də 17 Nobel mükafatı laureatı yer alır.

Təbii, Stanfordu bu qədər uğurlu edən başlıca amil professor heyətidir. Əbəs deyil ki, Universitetdə indiyədək 59 Nobel mükafatı laureatı müəllim kimi fəaliyyət göstərib.

Stanford Universitetini uğurlu edən amillərdən biri də buranın gizli investorlarıdır. Dünyanın böyük şirkətlərinin və eləcə də Google şirkətinin işçilərinin təxminən 40 faizi bu universitetin məzunudur. O məzunlar Stanforda külli miqdarda investisiya yatırır və investisiyalar nəticəsində bu universitet nailiyyətlərini artırır.

Yaranandan bəri devizi “Azadlıq küləyi əssin!” olan Stanfordda azad mühiti asanlıqla hiss etmək olur. Tələbə Saya İvasaki bunu universitetin uğurunda başlıca amillərdən biri kimi görür: "Fikrimcə, innovativ düşüncəni insanların azad və yaradıcı olmadığı mühitdə gerçəkləşdirmək çox çətindi. Ona görə deyə bilərəm ki, burada dünyanın ən yaradıcı atmosferi mövcuddur".

Stanford ABŞ-da kişi və qadınların birlikdə təhsil almasına şərait yaradan ilk universitetdir. Bundan əvvəl Amerikada oğlan və qızlar birlikdə təhsil ala bilməzdilər.

Bu, bəlkə də Stanfordun ABŞ-da bir çox universitetdən fərqli olaraq, kilsə üzərində deyil, dünyəvi əsaslarla yaranmasından irəli gəlir. Hətta universitetin tarixi haqda danışaqkən vurğulamağı unutduğum bir məsələni də diqqətinizə çatdırım. Stanford ABŞ-da kişi və qadınların birlikdə təhsil almasına şərait yaradan ilk universitetdir. Bundan əvvəl Amerikada oğlan və qızlar birlikdə təhsil ala bilməzdilər.

Stanford Universiteti həm də bir çox mənbələrə görə, dünyanın ərazisinə görə ən böyük universiteti hesab olunur. Belə ki, universitetin yalnız tədris hissəsi 3310 hektardan ibarətdir.

Ərazi o qədər genişdir ki, universitet elə yalnız bu tədris ocağından ibarət olan Stanford şəhərində yerləşir.

Neoromantik və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə isə kampusun tam mərkəzindədir.

Kampusun landşaftını isə Nyu-York mərkəzi parkının yaradıcısı Frederik Lo Olmsted dizayn edib. Neoromantik və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə isə kampusun tam mərkəzindədir.

Bu möhtəşəm kampus dünya liderləri yetişdirən 7 məktəbə ev sahibliyi edir.

Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences) və Mühəndislik Məktəbi (School of Engineering) onlar arasında ən populyarıdır. Biznes Məktəbi (Graduate School of Business) ilə yanaşı, Hüquq Məktəbi (Stanford Law School) də dünyada ən nüfuzlu şəxslər yetişdirən fakultələrdir. Yer Elmləri Məktəbi (School of Earth Sciences), Tədris Məktəbi (School of Education) və Tibb Məktəbi (Stanford University School of Medicine) innovasiyaların mərkəzində olan bu universitetin yaranma səbəbləridir.

Və unutmayaq ki, Stanford dünyada ən gözəl havası ilə tanınan Kaliforniya ştatının Sakit Okean sahillərində yerləşir.

"Bundan başqa Stanfordun coğrafi məkanı da çox maraqlıdır. Çünki Amerikanın Harvard, Yale, Brown kimi qocaman universitetləri ölkənin soyuq iqlim şəraiti ilə tanınan şimal-şərqində yerləşir. Amma Stanfordun iqlimi subtropikdir və ona görə də burada xoş, mülayim bir ab-hava mövcuddur" - deyə Əsgər Möhsümoğlu bildirir.

Hava möhtəşəmdir. Bu, çox mühümdür. Mən bakalavrı Nyu-Yorkda oxumuşam. Çox soyuq idi. Ona görə çox vaxt mövsümi depressiyalar yaşayırdım. Burada olaraq, il uzunu günəşin hiss etmək adamı stresdən uzaqlaşdırır və sən istədiyin şeyə fokus ola bilirsən
Tələbə Saya İvasaki

Tələbə Saya isə bu ab-havanın mühümlüyünü belə izah edir: "Hava möhtəşəmdir. Bu, çox mühümdür. Mən bakalavrı Nyu-Yorkda oxumuşam. Çox soyuq idi. Ona görə çox vaxt mövsümi depressiyalar yaşayırdım. Burada olaraq, il uzunu günəşin hiss etmək adamı stresdən uzaqlaşdırır və sən istədiyin şeyə fokus ola bilirsən".

Kaliforniyada il uzunu hava gözəl olduğu üçün tələbələr adətən dərslərini açıq havada oxumağa üstünlük verirlər. Ancaq onların uğurlarında əsas rolu Cecil Green kitabxanası oynayır.

Kitabxanada 4 milyondan çox kitab, araşdırma və başqa dəyərli nüsxələr var.

"Mənim buranı seçməyimin səbəbi Stanfordun araşdırmalarıdır. Buradakı professorlar araşdırmalara üstünlük verir. Burada istədiyin professorla bu araşdırmalar mövzusunda danışmaq imkanı olur" -deyə Saya bildirir.

Bir əsrdən çox yaşı olan bu kitabxana da texnoloji yeniliklərdən qaça bilməyib. Stanfordun bütün kitabxanalarının, xüsusilə Cecil Green-nin kitablarının böyük bir hissəsi Google Print layihəsinin tərkib hissəsi kimi skanerdən keçirilərək virtuallaşdırılıb.

Təhlsil üzrə ikinci olmasına baxmayaraq Stanford Universiteti ABŞ-da idmanda birinci yerdədir. 1994-cü ildən davam etdirilən bu idman nailiyyətlərinə Stanford Stadionu ev sahibliyi edir.

Stanford Kardinalları xüsusilə kişilər arasında beyzbol, Amerika futbolu və basketbolda, qadınlar arasında isə basketbol, otüstü xokkey və qılıncoynatmada liderlik edir. Təsadüfi deyil ki, Stanfordun idmançı tələbələri indiyədək ABŞ-a 242 Olimpiya qızıl medalı qazandırıb.

Əsgər Möhsümoğlu, tarix elmləri doktoru
Əsgər Möhsümoğlu, tarix elmləri doktoru

Əsgər Möhsümoğlu:

- Birləşmiş Ştatlarda Universitetlərin əksəriyyəti yüksək keyfiyyətli təhsil verir. Stanfordu bu universitetlərdən fərqləndirən müstəsna xüsusiyyətlər var. Əvvəla Stanfordda Amerikanın, dünyanın ən qabaqcıl alimləri, tədqiqatçıları toplaşıb. Məsələn mən orada magistr dərəcəsi üzərində işləyəndə mənim professorlarım arasında Norman Neymark, Terens Emmons kimi görkəmli tarixçilər var idi. Bundan əlavə Stanford Amerikanın proqressiv ştatı kimi tanınan Kaliforniya ştatında yerləşir və bu baxımdan Stanford Universiteti sanki texnoloji inqilabın önündə gedən bir qurum, təsisatdır. Təsadüfi deyil ki, Silikon vadisi məhz Stanfordə yaxın bir məkanda yerləşir

Saya İvasaki:

- Məsələ adda deyil. Məsələ onların araşdırmalarındadır. Stanford uzun illərdir diqqətini bu texnoloji inqilaba yönəldib. Texnoloji tədris dünyada o qədər də populyar olmasa da, burada texnoloji sahədəki professorların biliyi çox mühim hesab edilir.

Sonda çətin olsa da, Stanfordu bir cümlə ilə belə xarakterizə edim. Universitetə daxil olduğunuz gündən ömrünüzün sonunadək həyatınızın hər gününü fərqli, azad və yaradıcı yaşamaq istəyirsinizsə, Stanford sizin seçiminizdir. Ancaq unutmayın, istək və müraciət yetərli deyil, orada oxumaq üçün şanslı 5 faiz arasında olmağı bacarmalısınız.

XS
SM
MD
LG