Accessibility links

Amerikana - Meyn ştatında qeyri-adi balıqçılıq [Video]


Amerikana - Meyn ştatında qeyri-adi balıqçılıq
please wait

No media source currently available

0:00 0:05:07 0:00

Amerikana - Meyn ştatında qeyri-adi balıqçılıq

Günəşin çıxması yeni başlanğıcın simvoludur. Ancaq bu adət davamlılıq tələb edir. Meyndə bu, nəsillərdən nəsillərə keçən ənənədir. Günəşin çıxması ilə Svan adasının lobster balıqçıları dənizə üz tutur. Ceyson Ceys bu suları yaxşı tanıyır, o bilir ki, gördüyü iş keçmişin və gələcəyin tərkib hissəsidir: “Mən gələcək nəsli düşünərək bu işlə məşğul oluram. Atam da mənim üçün bunu edib, onun atası da onun üçün ənənəni qoruyub saxlayıb. Mən balıqçı ailəsinin səkkizinci nəsliyəm”.

Meyndə lobsterləri qəfəs tələlərlə tuturlar. Balıqçılar gün ərzində 100 belə qəfəs çıxarır. İndi lobster balıqçılığı əvvəlki kimi çox fiziki güc tələb etmir. Belə ki, əvvəllər əllə görülən işi indi qurğu həyata keçirir. Amma sudan çıxarılan hər lobster həmişə nəğd pulun cibə girməsi anlamına gəlmir.

Meyndə lobsterin ölçüsü mühümdür. Belə ki, onun baş nahiyəsi 8 santimetrdən çox olmalıdır, amma 12 sentimetri də keçə bilməz. Burada dişi lobsterlərlə bağlı da bəzi qadağalar var.

“Bu, dişidir. Burda çərtiyi var. Onu buraxıram gedib erkəyini tapsın”, deyə Ceyson Ceys bildirir.

Lobsterlərin təhlükəsiz şəkildə bazar köçürülməlidirlər.

“Lobsterlərin qayçılarını bağlayıram ki, onlar bir-birilərinə ziyan vurmasın. Bu, canlı məhsuldur və biz çalışırıq ki, onu heç bir xəsarətsiz göndərək”, deyə Ceyson Ceys bildirir.

Federal və ştatın ekologiya qaydaları və qanunları bu sənayeyə öz təsirini göstərməkdədir.

Bu günlər balıqçıların üzləşdiyi dəyişikliklərdən biri balinaların mühafizəsi üçün xüsusi kəndir və konnektordur.

Meyn Lobster İntitutu lobsterin quyruqdan başqa hissələrindən də istifadə imkanlarının olduğunu bildirir. Hazırda ən çox istifadə edilən itlər üçün lobster peçenyeləridir. Qabıqlardan istifadə də perspektiv vəd edir.

“Qabıq materialını un şəklinə salıb ərzaqlara əlavə edirik. Araşdırmalar göstərir ki,qabığın tərkibində olan kitin maddəsi xolestrolu azaltmağa kömək edir.”

Professor Beyer habelə qabıqlardan əldə edilən antiseptiklər üzərində ilkin araşdırmanın vacibliyi və osteporozun müalicəsi üçün mümkün faydasını vurğulayıb.

Bəzən tələyə yaşıl xərçənglər düşür. Tələbə Co Qalettinin fikrincə bu qəsbkar su heyvanı başqa bir qida mənbəyi ola bilər: “Fikrimcə bu xərçənglərin mexaniki yolla hazırlanması metodunu tapmışıq və bundan dadlı yemək hazırlamaq olacaq. Əvvəllər bu, mətbəxdə istifadə edilməyib.”

Bütün bu cəhdlər adanın mehriban icmasının rifahına xidmət edir. İcma birgə çalışır. 57 yaşlı Spenser Coys iflicdən əziyyət çəkəndə ada sakinləri onun biznesini qoruyub saxlayıblar.

“Hamımız bir-birimizdən muğayət oluruq, kimsə problem yaşayır, kiminsə qayığında problem var, biz komanda şəklində ona kömək edirik. Burada gözəl icma hissi var ki, dünyanın çox yerində ona rast gəlməzsiniz”, deyə Ceyson Ceys bildirir.

Svans adası Amerikada ən gözəl mənzərəyə malik yerlərdəndir. Burada okeanın səxavətliliyi bu sularda çalışanlara ümid verir.
XS
SM
MD
LG