Accessibility links

Amerikana: Filadelfiya - İstiqlaliyyətin beşiyi [Video]


Amerikana: Filadelfiya - İstiqlaliyyətin beşiyi
please wait

No media source currently available

0:00 0:06:46 0:00

Amerikana: Filadelfiya - İstiqlaliyyətin beşiyi

Bir çox mühüm hadisələrə ev sahibliyi edən Filadelfiya şəhəri adını Amerika tarixinə qızıl hərflərlə yazdırıb

Filadelfiya şəhəri ilk konstitusiyalı demokratiya olan ABŞ-ın müstəqilliyi ilə bağlı bir çox tarixi hadisələrin vətənidir. ABŞ-ın İstiqlaliyyət Bəyənnaməsi şəhərdəki İstiqlaliyyət Zalında dünyaya göz açıb.

1732-1756-cı illərdə Pensilvaniya Parlamenti kimi inşa edilən bina sonradan II Kontinental Konqresə və Konstitusiya Qurultayına ev sahibliyi edib. 1775-ci il iyunun 14-də isə bütün koloniyaları təmsil edən II Kontinental Konqres Corc Vaşinqtonu hazırki İstiqaliyyət Zalında ordunun baş komandanı elan edir.

İlkin səsvermə 1776-cı il iyulun 2-də keçirilsə də, bəzi düzəlişlərdən sonra səsvermə yenidən iyulun 4-də baş tutub və son bəyannamə məhz buradakı otaqda təsdiq olunub.

Bələdçi Uilyam Vatson binanın orijinalının saxlandığını bildirir “Burada istiqlaliyyət bəyannaməsinin müzakirə olunduğu zal var. Bura ABŞ-ın doğulduğu yerdir”.

Bağlı qapılar arxasında keçirilən gizli müzakirələr və səsvermədən sonra İstiqlaliyyət Bəyannaməsi qəbul edilib. İlkin səsvermə 1776-cı il iyulun 2-də keçirilsə də, bəzi düzəlişlərdən sonra səsvermə yenidən iyulun 4-də baş tutub və son bəyannamə məhz buradakı otaqda təsdiq olunub.

1776-cı il iyulun 8-də İstiqlaliyyət Bəyannaməsi ilk dəfə ictimaiyyət qarşısında oxunur. Şəhərdəki digər tarixi məkanlardan biri də elə bununla bağlıdır - Azadlıq Zəngi. İngilislərdən qalan ənənəyə görə, ictimai xarakterli oxunuşlardan öncə insanların diqqətini cəlb etmək üçün şəhərdə zəng çalınardı. Bu bəyannamənin oxunuşundan öncə də İstiqlaliyyət Zalının qülləsindəki zəng azadlığı bəyan edərcəsinə, gur səslə çalınır və bir zamanlar ingilislər üçün çalınan bu zəng bu dəfə ingilislərdən azad olmanı bəyan edirdi.

Azadlıq Zəngi - İngilislərdən qalan ənənəyə görə, ictimai xarakterli oxunuşlardan öncə insanların diqqətini cəlb etmək üçün şəhərdə zəng çalınardı. Bu bəyannamənin oxunuşundan öncə də İstiqlaliyyət Zalının qülləsindəki zəng azadlığı bəyan edərcəsinə, gur səslə çalınır və bir zamanlar ingilislər üçün çalınan bu zəng bu dəfə ingilislərdən azad olmanı bəyan edirdi.

Azadlıq Zəngi sonuncu dəfə 1846-cı ildə Corc Vaşinqtonun doğum gününü qeyd etmək üçün çalınanda üzərində ciddi çat əmələ gəlir və bir daha ondan istifadə edilmir. O zamandan bəri qüllədən endirilərək muzeyə yerləşdirilən zəng Azadlıq Zəngi kimi tarixə düşür.

Filadelfiya Amerika tarixində başqa mühüm hadisəyə də ev sahibliyi edib. Müstəqillikdən 11 il sonra ABŞ Konstitusiyası bu şəhərdə, elə haqqında danışdığımız İstiqlaliyyət Zalında qəbul olunub. Bu, dünyada hazırda qüvvədə olan ən qədim Konstitusiya hesab edilir.

“Bura Assembleya otağıdır. Burada əvvəlcə İstiqlaliyyət Bəyannaməsi, 11-12 il sonra 1787-ci il may-sentyabr aylarında isə ABŞ Kosntitusiyayası müzakirə və qəbul olunub” - deyə bələdçi Vatson Uilyam bildirir.

Deyilənə görə, binaya İstiqlaliyyət Zalı adını o zaman buranı ziyarət edən məşhur fransız memar Marquis de Laffayette verib.

Hər il, xüsusilə 4 iyul ərəfəsində şəhəri nəinki amerikalılar, hətta dünyanın hər yerindən olan milyonlarla insan ziyarət edir. Ceysen Hu Filadelfiyaya Tayvandan gəlib: “Mən dünyanı gəzirəm. Filadelfiyaya gəlişimin səbəbi Amerika mədəniyədini baş düşmək, azadlığın mənasını anlamaqdır. İstiqlaliyyət Zalı və Azadlıq Zəngində oldum. Bu yerlər Amerika və demokratiya üçün böyük əhəmiyyət kəsb edir”.

Amerika istiqlaliyyətinin ən görkəmli xadimlərindən biri Filadelfiyanın sevimli sakini və adı bu şəhərlə bərabər olan Benjamin Franklindir. Şəhərdə onun ev muzeyi ilə yanaşı, bir çox xatirə məkanları var. Benjamin Franklinin məqəbərəsi isə həm turistlər, həm də yerli əhalinin ən çox ziyarət etdiyi yerlərdəndir.

1776-cı ilin mayında 24 yaşlı Betsi Rossu qəbul edən baş komandan Corc Vaşinqton ona ən tez zamanda Amerika bayrağını tikməyi tapşırır. Ross isə bayraqların tez başa gəlməsi üçün üzərindəki 13 ulduzun Vaşinqtonun dediyi kimi 6 yox, beşguşəli olmasını məsləhət görür. Beləliklə, beşguşəli 13 ulduzlu və 13 zolaqlı göy-qırmızı bayraq Amerikanın ilk bayrağı olur.

“Mən tarix fakultəsində oxuyuram. Anamla buraya ona görə gəlmişəm ki, ABŞ-ın müstəqillik tarixi ilə bağlı olan bütün məkanlarla birbaşa tanış olum. ABŞ britaniyalılarından burada azad olub. Amerikanın konstitusiyası da burada imzalanıb” - deyə Kanzas ştatından gələn Rey Tays bildirir.

Filadelfiyada simvolik yerlərdən biri də kiçik, ancaq tarixi evdir. Belə ki, burada yaşayan Betsi Ross adlı qadın ilk dəfə Amerika bayrağını tikib və növbəti 50 il ərzində Amerika hökumətini bayraqlarla təmin edib.

1776-cı ilin mayında 24 yaşlı Betsi Rossu qəbul edən baş komandan Corc Vaşinqton ona ən tez zamanda Amerika bayrağını tikməyi tapşırır. Ross isə bayraqların tez başa gəlməsi üçün üzərindəki 13 ulduzun Vaşinqtonun dediyi kimi 6 yox, beşguşəli olmasını məsləhət görür. Beləliklə, beşguşəli 13 ulduzlu və 13 zolaqlı göy-qırmızı bayraq Amerikanın ilk bayrağı olur.

Bu gün Amerikalıların ölkə boyu fəxrlə dalğalandırdığı müasir 50 ulduzlu bayraq isə 1956-cı ildə Alyaska və Havay adalarının ştat kimi daxil olunması ilə formalaşıb.

XS
SM
MD
LG