Accessibility links

Amerikalıların səhər yeməyinin tarixi


Amerikalılar respublikanın ilk günlərindən səhər yeməyini ən məqbul və asan hazır olan çörək, yumurta və axşamdan qalanı yeməklə başlayıblar.

Rahatlıq və görünüş bir o qədər dəyişməsə də, səhər yeməyində yeyilən yeməklər təkamül prosesindən keçib. Məsələn, taxıl məhsullarından olan sopyuq sıyıq (cereal) kimi müəyyən qıdaları səhər yeməyinə əlavə etmək marketinqin güclü reklamları sayəsində baş verib.

`Səhər yeməyi tarıxı` kitabının müəllifi Heter Arndt Anderson deyir ki, `reklamlar sanki soyuq sıyıq satmaq üçün hazırlanırdı`.

`Reklamın uğurlu və effektiv olması üçün ən vacib bu taxıldan hazırlanan qıdanın uşaqlar üçün xeyirli olduğunu analara inandırmaq idi. Bu, işləyən analara uşaqların səhər yeməyini özləri hazırlamaları üçün imkan yaradırtdı,` müəllif bildirir.

Qadınlar ailəyə maddi yardım etmək üçün işə getməyə başladıqdan evdə qalan uçaqların sadəcə soyuq südə qatılan paxlalar vasitəsilə qidalanması soba yandırmaq kimi təhlükəli praktikanın qarşısını alırdı.

Portağal şirəsinin səhər yeməyinə daxil edilməsində də reklam böyük rol oynayıb. 1916-cı ildə hər gün bir neçə portağal şirəsinin insana xeyirli olduğunu

deyən `Portağal içək` reklamı yarandı və insanlar günə portaqal şirəsi içməklə başladı.

Bundan iki il sonra dünya boyu qrıp epidemiyası yayılanda istehlakçılar yoluxmanın qarşısını alamaq üçün portağal şirəsinin xeyirli olduğunu dedilər və bu şirəni içməyə çağırdılar.

Mən günortadan sonra hər gün qəhvə içirəm və özümü yaxşı hiss edirəm. Hamı çaydan imtina etməlidir.
Con Adams, ABŞ-ın ikinci prezidenti

Birləşmiş Ştatlarda qəhvə 1773-cü ildə `Boston Tea Party`dən sonra populyarlaşdı. Kolonistlər ingilislərin vergi tətbiqinə etiraz olaraq çayı Boston limanından axıtmalarından sonra bəziləri qəhvə içməyə qərar verdi.

1774-cü ildə Con Adams həyat yoldaşına məktubunda bunu yazıb `Mən günortadan sonra hər gün qəhvə içirəm və özümü yaxşı hiss edirəm. Hamı çaydan imtina etməlidir.`

1830-cu illərdə qəhvə dənələri artıq Amerikanın qərbinə səyahət edənlərin özləri ilə götürdükləri vacib şeylərdən idi.

Amerikada `pankeyk` adlandırdıqları kökələr isə demək olar ki, həmişə olub. Tədqiqatçılarin dediyinə görə, ən qədim insanlar belə buna bənzər kökələr yeyib. Tarixçilər təzə çörək bişirmək üçün çox vaxt sərf edildiyini, kökələr isə daha tez hazırlandığına görə səhər yeməyində bundan istifadə edildiyini deyir.

Pankeykdən əlavə amerikalılar hələ də dədə-babalarının yedikləri digər səhər yeməyini - yumurta-çörəyi hələ də yeyirlər. Lakin bu səhər yeməyinin əsasları eyni qalmayıb, belə ki, insanlar sağlam yeməyə üstünlük verməyə başlayıb.

`Əvvəllər insanlar çörəyin tərkibindəki qluten maddəsinə firkir vermirdilər - onlar isti çörəyin və yağın orqanizmə nə dərəcədə xeyirli olduğunu düşünürdü. Sağlam və təmiz qida insanları əsrlər boyu maraqlandırıb dəyişən isə yalnız detallar olub,` Arndet Anderson deyir.

Anderson gələcəkdə daha çox amerikalının axşamdan qalan yeməklərin səhər yeyilməsinin ərzaq israfçılığına mane olacağına ümid edir.

XS
SM
MD
LG