Accessibility links

Amerikalı aktyor və komediya ustası Bil Kosbi həbs cəzası aldı


Amerikalı aktyor və komediya ustası Bill Kosbi 14 il əvvəl evində qadına narkotik maddə verərək, ona təcavüz etdiyi üçün 3 ildən 10 ilədək həbs cəzası alıb.

81 yaşlı görmə əngəlli və səhhəti zəif olan Kosbi çərşənbə günü məhkəmədə hakim Stiven Onil tərəfindən hökmün oxunmasından sonra Pensilvaniyanın şimal-qərbindəki həbsxanaya aparılıb.

Onu təmsil edən şəxs həmin vaxt məhkəmə zalında olmayan Kosbinin həyat yoldaşının bəyənatını oxuyub.

Bill Kosbi “Me Too” (Mən də) hərəkatının başlanmasından etibarən məhkum olunan ilk məşhurdur. Hərəkat əyləncə, siyasət və media sahələrində çalışan bir çox tanınmış və məşhur kişilərin qadınlara münasibətdə nalayiq davranışı aşkara çıxardı.

Andrea Konstand Kosbiyə qarşı digər eyni iddialar irəli sürən qadınlardan biridir. Lakin o, şikayətləri nəticəsində Kosbinin məhkum edilməsinə səbəb olan hələ ki yeganə şəxsdir.

Çelan Laşa: "Mən çox şadam ki, Kosbi həbsxanada olacaq və bizə etdikləri üçün öz cəzasını çəkəcək."

Kosbiyə çıxarılmış hökm onun yüksək nüfuzu malik olduğu üçün kifayət qədər sərt hökm hesab edilir.

Bir çoxları Kosbini “Kosbi şou” verlişində oynadığı roluna görə “Amerikanın atası” kimi tanıyırdı.

XS
SM
MD
LG