Accessibility links

Amerikada itlərin də öz parkı var


Amerikanın bir çox şəhərinin bələdiyyəsi ev heyvanlarının qeydinə qalır. Amma bu mövzuda da Nyu York öndə gələn şəhərlərdən biridir. Nyu Yorkun bir çox məhəllə parkında itlərin rahat qaçıb oynaya biləcəyi xüsusi bağlı it parkları var. İt parkları 2 hissəyə bölünür. İri itlərin əylənə biləcəyi böyük park ərazisi və kiçik itlərin oynaya biləcəyi mini it parkı. Bu parklarda itlər boyun qamışından azad şəkildə hərəkət edə bilir, digər itlərlə oynaya bildiyi üçün sevincli olur. İt sahibləri də ev heyvanlarının küçəyə qaçması qorxusu olmadan rahat parkda dincələ bilir.

Nyu Yorkda 145 ədəd it parkı var. Amerikanın 100 böyük şəhərində ümumilikdə 810 it parkı var. Bunların 18 faizii Nyu Yorkdadır. Son 10 ildə Nyu Yorkdakı it parklarının sayı 74 faiz artıb. Bu artışın əsas səbəbi Nyu Yorkdakı bir çox bina sahiblərinin artıq ev heyvanları olan insanlara da ev kirayə verməyə razılıq göstərməsidir.

Parkların digər hissələrində boyun qamışı olmayan itləri gəzdirmək qadağandır. Bu qaydanı pozan insanlar 50 dollar cərimə ödəməli olur. Həmçinin parklarda itlər üçün xüsusi torbalar da olur. İnsanlar itlərini gəzdirərkən parkın təmizliyini qorumağa məcburdur, əks halda yenə cərimə ödəməli olacaqlar.

İt parklarında itlərini gəzdirən insanlar itlər bir-biri ilə oynarkən qonşularını tanımağa fürsət tapır

XS
SM
MD
LG