Amerikada fevral ayında işsizlik göstəricilərində eniş müşahidə edilib. Əmək nazirliyinin bu gün açıqladığı hesabatında bildirilir ki, hazırda işsizlik səviyyəsi 8.9 faiz təşkil edir. Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir. Özəl sektor, xüsusilə fabrik və zavodlarda 222 min yeni iş yeri açılıb. Ciddi büdcə defisiti ilə üzləşən yerli hökumətlərdə isə 30 min iş yeri bağlanıb.