Accessibility links

Amerikada Azərbaycan diaspor təşkilatlarının mərkəzi ofisi Vaşinqtonda olacaq


Amerikada Azərbaycan diaspor təşkilatlarının mərkəzi ofisi Vaşinqtonda olacaq
Amerikada Azərbaycan diaspor təşkilatlarının mərkəzi ofisi Vaşinqtonda olacaq

2011-ci ilin martında Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

O 2010-cu ilin yekunlarını uğurlu adlandırıb. “2010-cu ildə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət göstərir”.
Cənab İbrahimov Moskvada milli - etnik zəmində baş verən son hadisələrin Azərbaycanı narahat etdiyini deyib. “Hələ azərbaycanlılarla bağlı narahatedici ciddi hadisələr qeydə alınmayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları artıq Moskvaya ezam olunublar və Rusiyadakı diaspor təşkilatları ilə işləyirlər”, - o vurğulayıb.
Komitə sədri 2011-ci ilin martında Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyini bildirib: “Qurultayın təşkili ilə bağlı Azərbaycan prezidenti sərəncam imzalayacaq”. O, Amerikada Azərbaycan diasporunun işindən razıdır. “Hazırda Amerikada yeni təşkilatlar yaranıb. Bu ölkədəki diaspor təşkilatları müsbət töhfələr verir. Amerikadakı diaspor təşkilatlarının mərkəzi ofis məsələsi də yaxınlarda həllini tapacaq. Bu, ofis Vaşinqtonda olacaq”.
Cənab İbrahimov başçılıq etdiyi komitənin İranda yaşayan azərbaycanlılarla bağlı hər hansı iş aparmadığını deyib. “İrandan kənarda yaşayan azərbaycanlı qardaşlarımız bizim diaspor təşkilatlarında təmsil olunur. Ancaq İran ərazisində yaşayan azərbaycanlılarla bağlı hər hansı iş aparmırıq. İrandan da Azərbaycanda baş verənlərə münasibət bildirilməsini yaxşı qarşılamırıq”, - o vurğulayıb.

Komitə sədri Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birləşməsinin tərəfdarıdır. “Bir millətin iki diaspor təşkilatının olması düzgün deyil”.

O Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı aparılan işləri müsbət adlandırıb. 124 azərbaycanlı məktəbdən 80-dən çoxunda gürcü dili kursları açılıb.

Cənab İbrahimov xaricdəki bazar günü məktəblərindən də danışıb. Dövlət Komitəsi virtual Azərbaycan dili məktəbi də yaradıb.

XS
SM
MD
LG