İslamçılar Bakıda Amerika səfirliyi qarşısında etiraz edib [Video]
İslamçılar Bakıda Amerika səfirliyi qarşısında etiraz edib [Video]
Aksiyada Məhəmməd Peyğəmbər barədə filmin müəllifləri lənətlənib
Bu gün onlarla islamçı, o cümlədən Azərbaycan İslam Partiyasının fəalları ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” adlı filmdə Məhəmməd peyğəmbərin təhqirinə etiraz olaraq Amerikanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar filmin müəllifinə lənət yağdırıb, “Allahu Əkbər” şüarları səsləndirib.
Polis etirazın qarşısını alıb, 30-dək islamçı saxlanıb.
Səfirliyin ətrafında təhlükəsizlik tədbirləri görülüb, mühafizə qüvvələrinin sayı artırılıb.