Accessibility links

ABŞ Zimbabvedə aclıqla mübarizəyə əlavə 4 milyon dollar ayırıb


ABŞ BMT-nin Dünya Ərzaq Proqramının iki milyondan çox insanın aclıqla üzləşdiyi Zimbabveyə daha çox ərzaq yardımı ayrılması çağırışına müsbət reaksiya verib. Belə ki, ABŞ səfiri Brus Varton Birləşmiş Ştatların Dünya Ərzaq Proqramına 4 milyon dollar maliyyə vəsaiti ayırdığını bəyan edib. Buna baxmayaraq bəzi zimbabvelilər ölkədəki aclığa görə Qərbi günahkar bilir.

Əlavə 4 milyonluq ianə ilə ABŞ-ın bu il Zimbabvedə aclıqla mübarizəyə ayırdığı vəsaitin miqdarı 29 milyon dollar çatır.

ABŞ səfiri Brus Varton paytaxt Hararedən 400 kilometr cənub-qərbdə ucqar Şimali Matabeleland vilayətinin Umquza şəhərinə səfəri zamanı əlavə ianəni bəyan edib.
Dünya Ərzaq Proqramı bildirir ki, Şimali Matabeleland ərzaq çatışmazlığının ciddi şəkildə yaşandığı 4 vilayətdən biridir.

Cənab Vartonun bəyanatı ABŞ-ın prezident Robert Muqabeyə qarşı tətbiq etdiyi sanksiyalara etiraz edən nümayişçilər tərəfindən yarımçıq saxlana bilərdi.

Səfir Varton deyib ki, nümayiş ifadə azadlığını əks etdirir. Səfir deyib ki, o burada başqa məqsəd üçündür və ainələr nəticəsində aclıqdan əziyyət çəkənlərin sayı gündən günə daha da azalır.

Zimbabvedə 2000-ci ildə kənd təsərrüfatı məhsulları tələf olmağa başlayandan bəri mövsümi humanitar yardım ənənəvi hal alıb. Rəsmilər buna səbəb kimi quraqlığı göstərsə də, tənqidçilər prezident Robert Muqabenin xaotik torpaq islahatlarının əsas götürür.

O vaxtdan bəri Zimbabvenin əsas məhsulu olan qarğıdalı şatışmazlığı yaşanmağa başlayıb. Məhsulun yetişməsinə 3 ay qalmış “aclıq mövsümü” adlandırılan ərəfədə Dünya Ərzaq Proqramı 2 milyon zimbabvelini qida ilə təmin etmək üçün 86 milyon dollar axtarışında olur.

Dünya Ərzaq Proqramı rəsmiləri deyir ki, hətta ABŞ-ın ən son yarımı da Zimbabvedə sağlamlıq və qidalanma üçün yetərli olan vəsaitə kifayət etmir. Agentlik qarşıdakı 6 ay ərzində proqramları maliyyələşdirmək üçün əlavə 60 milyon dollar ehtiyac olduğunu deyir.
XS
SM
MD
LG