Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Alisteyr Baskey Türkiyənin son günlər PKK-ya qarşı keçirdiyi antiterror əməliyyatlarını və hava hücumlarını dəstəkləyib. Baskey bildirib ki, ABŞ Türkiyənin İŞİD və PKK-nın terror hücumlarına qarşı özünü müdafiə etməsinə hörmət edir: «NATO-dakı müttəfiqimiz olan Türkiyənin İŞİD və PKK-nın terrorçu hucumlarına qarşı özünü müdafiə haqqına hörmətlə yanaşırıq. ABŞ-ın terror təşkilatları siyahısında olan PKK terrorçu fəaliyyətindən əl çəkərək Türkiyə ilə dialoqa başlamalıdır».
Baskey onu da bildirib ki, gərginliyin azalması və barış üçün tərəflər çözüm mərhələsinə sadiq qalmalıdır: «Zorakılıq təhlükəsizlik və inkişaf baxımından Türkiyə vətəndaşlarının xeyrinə deyil.
ABŞ Dövlət Departamenti də Türkiyənin PKK-ya qarşı əməliyyatlarına dəstək verib. Departmentin müşavir köməkçisi Brett Mak Qark PKK-nın hücumlarına qarşı Türkiyənin özünümüdafiə haqqına hörmət etdiklərini bildirib. Mak Qark PKK-nın Türkiyəyə qarşı terror hücumlarını şiddətlə qınadıqlarını deyib. Həmçinin bildirib ki, PKK-ya qarşı məlum əməliyyatlarla ABŞ-la Türkiyənin İŞİD-ə qarşı birgə əməliyyatları arasında heç bir əlaqə yoxdur. Və bununla bağlı son günlər çıxan xəbərlər həqiqiqəti əks etdirmir: «İŞİD-ə qarşı bütün tərəfdaşlarımız, həmçinin Türkiyə ilə əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik».