Human Rights Watch insan hüquqlarını müdafiə təşkilatı bildirib ki, Corc W Buşun hakimiyyətdə olduğu müddətdə ABŞ hərbi personalının liviyalı islamçıların dindirilməsi zamanı sudaboğma simulyasiyası da daxil olmaqla, onlara işgəncə verildiyini müəyyən edib.
Cümə axşamı Nyu Yorkda yerləşən təşkilat tərəfindən açıqlanan hesabatda Əfqanıstan da daxil olmaqla, xarici ölkələrdə saxlanılan 14 liviyalı dissidentdən müsahibələr yer alır.
Human Rights Watch təşkilatı İslamçıların Amerika agentləri tərəfindən Liviyanın keçmiş lideri Qəzzafiyə təhvil verilməzdən öncə işgəncəyə məruz qaldıqlarını bildirir. Məhbuslardan ikisi təşkilata bildirib ki, onlara ya sudaboğma simulyasiyası ilə, ya da buna bənzər yolla işgəncə verilib. Bu proses zamanı insanlarda suda boğulduqları haqda təsəvvür yaranır.
Buş administrasiyası yalnız ABŞ-da həbsdə olan üç nəfərin, əl-Qaidə üzvü Xalid Şeyx Məhəmməd, Əbu Zubeydə və Əbdul Rəhim Əl-Nasirinin su ilə işgəncəyə məruz qaldığını bildirib. Bu üç nəfərin heç biri Liviyalı olmayıb. Obama administrasiyası işgəncənin bu növünü qınayaraq sorğulanma prosesində bu metodlardan istifadə olunmasını qadağan edib.
Mərkəzi Kəşfiyyat Agentliyinin mətbuat nümayəndəsi Cenifer Yangblad yeni iddialara cavab olaraq bildirib ki, agentlik “yalnız üç nəfərin su ilə işgəncə olunmasını qeydə alıb. O vurğulayıb ki, 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Ədliyyə nazirliyi 100 nəfərdən artıq məhbusun işi ilə tanış olduqdan sonra agentlərin məsuluiyyətə cəlb olunmaması barədə qərara gəlib.
Human Rights Watch həmçinin bildirib ki, “çox sayda” sənədlərin aşkara çıxarılması nəticəsində məlum olub ki, liviyalı dissidentlərin Liviyaya geri göndərilməsi istiqamətində ABŞ və Britaniya Liviyadakı Qəzzafi hökuməti ilə “yüksək səviyyədə əməkdaşlıq” edib.