Accessibility links

Amerika səfirliyi gənc fəal Cabbar Savalanlının həbsinə münasibət bildirib


Amerika səfirliyi gənc fəal Cabbar Savalanlının həbsinə münasibət bildirib
Amerika səfirliyi gənc fəal Cabbar Savalanlının həbsinə münasibət bildirib

Amerika səfirliyi bildirir ki, Cabbar Savalanlının “Facebook” şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur.

Amerikanın Azərbaycandakı səfirliyi Amerikanın Səsi radiosunun gənc fəal Cabbar Savalanlının həbsi ilə balı sorğusuna cavab verib.

Amerika səfirliyi bildirir ki, Cabbar Savalanlının “Facebook” şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur. “Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik qurumların və hüquq normalarının güclənməsini əzmlə dəstəkləyir. Ədliyyə orqanlarına müraciət edilir ki, Savalanlının apelyasiyasına Azərbaycanın hüquq və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılsın. Vətəndaşlarla onların hökumətləri arasında demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini qoyan dialoqu təbliğ etmək üçün söz və toplaşma azadlığına hörmət vacibdir”.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda yaşadığı evin önündə saxlanıb. O Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri saxlama maddəsi ilə ittiham edilib.

Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də gənc fəal barəsində iki il yarım həbs hökmü çıxarıb.

XS
SM
MD
LG