Accessibility links

Amerikanın Azərbaycandakı səfiri mədəni irsin qorunması barədə bəyanat verib


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib
Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

"Bu region mürəkkəb tarixə malikdir. Dağlıq Qarabağ münaqişəsi minlərlə insanın ölümünə səbəb olub və regionun tarixi, dini və mədəni əhəmiyyət kəsb edən yerlərin quruluşunu ciddi bir şəkildə dəyişdirib".

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar mədəni irsin qorunması haqqında bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Mən Səfir kimi Bakıya gəldikdən bəri bu gözəl ölkə, onun xalqı və tarixi ilə daha da yaxından tanış olmağa çalışmışam. Mən bu yaxınlarda Naxçıvana səfər etmişəm. Bundan əlavə, mən Lənkəran, Şəki, Oğuz, Quba və Lahıca da səfərlər etmişəm. Bu səfərlər mənə ölkənin müxtəlif mədəni irsi ilə yaxından tanış olmaq imkanı verib. Düşünürəm ki, bu, Azərbaycanda yaşamaq və işləməyə gələn hər bir kəs üçün vacibdir.

Bu region mürəkkəb tarixə malikdir. Dağlıq Qarabağ münaqişəsi minlərlə insanın ölümünə səbəb olub və regionun tarixi, dini və mədəni əhəmiyyət kəsb edən yerlərin quruluşunu ciddi bir şəkildə dəyişdirib.

Mən Naxçıvanda olanda belə yerlərdən biri, etibarlı mənbələrdən alınan məlumatlara əsasən Culfadakı təhqir olunmuş və dağıdılmış qədim erməni qəbiristanlığı barədə yerli rəsmilərlə ətraflı müzakirələr apardım. Təəssüf edirəm ki, rəsmilər təhlükəsizlik səbəblərini əsas gətirərək mənim həmin yerə gedib oranı şəxsən görməyimi mümkünsüz etdilər.

Regionun irsinin qorunması gələcək sülh üçün mühümdür. Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionda artıq həddindən artıq çox sayda abidələr zədələnib və dağıdılıb.
Bununla belə, hər iki ölkənin digər ölkəyə məxsus irsin qorunması üçün göstərdiyi səylər məni ruhlandırır. Məsələn, mən bu gün Bakıdakı müqəddəs Maarifçi Qrigori adına erməni kilsəsinə səfər etdim. Mənə kilsənin tarixi və kilsə kitabxanasındakı kitab və erməni dilində olan əlyazmaların qorunması barədə məlumat verdilər.

Bundan başqa keçmiş Erməni kəndi Kərkənc və Azərbaycan kəndi Dzuynashogh arasında qarşılıqlı torpaq mübadiləsi və hər iki kəndin sakinlərinin bir-birilərinin qəbiristanlıqlarının qayğısına qalmaq barədə razılaşdıqları barədə məlumatlar var. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın hər iki ölkədəki tarixi arxivlərin qorunması üçün göstərdikləri səyləri dəstəkləyir.

Məsələn, gələn həftə Ermənistan və Azərbaycan arxiv mütəxəssislərinin müştərək proqram çərçivəsində maddi mədəniyyət nümunələrinin qorunması barədə biliklərini artırmaq üçün Birləşmiş Ştatlarda olacaqlar. Bu cür səylər təqdirəlayiqdir və biz bu cür səyləri gələcəkdə də dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”.
XS
SM
MD
LG