Accessibility links

“ABŞ Əfqanıstandakı səfirliyini bağlamaq niyyətində deyil”


ABŞ-ın Əfqanıstandakı səfirliyi diplomatik nümayəndəliyini “bağlamaq niyyətində olmadığını” deyib. Belə ki, Taliban hücumlarını artaraq ümummilli təhlükəsizlik narahatlığını artırıb.

ABŞ rəhbərliyi altındakı xarici qüvvələr isə ölkədən tamamilə geri çəkilməyə yaxınlaşıb.

Bu açıqqlama Vaşinqtonun Kabildəki diplomatik heyət üçün təcili evakuasiya planları hazırladığı barədə xəbərlərə cavab olaraq verilib.

Əfqanıstanın paytaxtındakı səfirlik “açıqdır və açıq qalacaq” - deyə, missiya Twitter-də yazıb.

Prezident Co Bayden-in “#Afqanistan hökuməti və xalqı ilə apardığımız işlərin bir sıra hissələrini həyata keçirmək üçün” təlimatı ilə ölkədə “möhkəm diplomatik mövcudluğu” davam etdirəcəyinə söz verib

Bəyanatda səfirliyin ölkədə təhlükəsizlik problemlərindən və “davamlı olaraq gözlənilməz hadisələrdən xəbərdar olduğu, insanlarımız və proqramlarımızdakı riskləri necə azaltacağımızı” bildiyinə diqqət çəkilib.

Səfirliyin çətinlikləri həll etmək üçün “mövcudluğumuzu” lazımi səviyyədə tənzimləyəcəyi, Əfqanıstanın və ikitərəfli münasibətlərin “xeyrinə təhlükəsiz şəkildə” işləyə biləcəyinə əminlik bildirilib.

Taliban qiyamçıları Əfqanıstanda əraziləri sürətlə ələ keçirməkdə davam edir. Belə ki, ABŞ son qoşunlarının avqust ayının sonuna qədər ölkədən çıxaracağını bildirib.

Bir çox Əfqanıstan mənbəyi Taliban hökumət tərəfdarı qüvvələrə son 24 saat ərzində Bədəxşan və Taxar sərhəd əyalətlərinin şimal-şərqindəki ən azı on bölgədən geri çəkilmək üçün təzyiq göstərdiyini deyib.

Bir çox bölgədəki hökumətyönlü qüvvələrin, Talibana heç bir müqavimət göstərmədən təslim olduqları və ərazilərini tərk etdikləri deyilir.

Qonşu Orta Asiya dövlətinin rəsmi mətbuatı xəbər verir ki, 300-dən çox əfqan sərhəd qoşunu Bədəxşandakı döyüşlərdən qaçaraq Tacikistana keçib.

XS
SM
MD
LG