Accessibility links

ABŞ Sərhədsiz Həkimlər təşkilatına kompensasiya təklif edib


ABŞ Sərhədsiz Həkimlər təşkilatının Qunduz xəstəxanasına hücuma görə "başsağlığı yardımı" təklif edib.

Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk yardım vəsaitinin məbləğinin hələ müəyyən edilmədiyini bildirib.

Peter Kuk
Peter Kuk

​Vəsait hücum zamanı yaralanan mülki vətəndaşlara və həlak olanların ailə üzvlərinə veriləcək.

Sərhədsiz Həkimlər təşkilatı hücum nəticəsində 10 xəstənin həlak olduğunu, 9 xəstə və 24 işçinin hələ də itkin olduğunu bildirir.

Hücumdan sonra Sərhədsiz Həkimlər qrupu işçilərini Əfqanıstanın Qunduz şəhərindən çıxarıb.

Sərhədsiz Həkimlər Taliban yaraqlılarının xəstəxanadan Əfqanıstan və NATO qüvvələrinə qarşı hücumlar hətaya keçirdiyinə dair məlumatı təkzib edib.

"Ağır xəstələrin hamısı digər səhiyyə təsisatlarına yerləşdirilib və hazırda Sərhədsiz Həkimlər qrupunun heç bir üzvü xəstəxanada çalışmır"-deyə qrupun kommunikasiya meneceri Keyt Steqman bildirib.

Sərhədsiz Həkimlərin Londondakı təmsilçisi xəstələrin Kabildə iki xəstəxanaya köçürüldüyünü deyib.

Tibbi xeyriyyə təşkilatı hücumla bağlı müstəqil təhqiqat aparılmasına çağırıb.

Təşkilatın prezidenti Coan Lu hücumun beynəlxalq qanunları pozduğunu bildirib.

ABŞ prezidenti Sərhədsiz Həkimlər təşkilatının direktoruna zəng edərək, hücuma görə üzr istəyib, həlak olanlara görə başsağlığı verib.

Barak Obama hadisə ilə bağlı Əfqanıstan prezidenti Əşrəf Qaniyə də başsağlı verib.

ABŞ insidentlə bağlı təfərrüatlı məlumat verməyib.

XS
SM
MD
LG