Accessibility links

Mühacirət islahatları 2015-də real görünmür [Video]


Mühacirət islahatları 2015-də real görünmür
please wait

No media source currently available

0:00 0:03:23 0:00

ABŞ-da son bir neçə seçki mühacirət qanunlarında islahatların gündəmə gətirilməsi ilə keçiirlir. Lakin təhliçilər deyir ki, Barak Obamanın bəzilərinə müvəqqəti sığınacaq verilməsinə dair mühacirətlə bağlı qərarı qarşıya məqsəd qoyulan islahatları kölgə altına alır.

ABŞ prezidentinin qərarı 4 milyon sənədsiz mühacirin ABŞ-da müvəqqəti statusla təmin edilməsini nəzərdə tutur.

Lakin Konqresin təsdiqi olmadan mühacirət islahatlarının həyata tətbiqi imkansızdır.

Son seçkilərdə Konqresin hər iki palatasının nəzarətini ələ keçirən respublikaçıların cavabını Nümayəndələr Palatasının spikeri Con Beyner verib. “Prezident bərabər çalışmaqdansa, təkbaşına addım atır. Bu, demokratiyaya zidd bir əməldir.”

Meksikanın Rays Universitetinin Beyker insitutunun direktoru Toni Payan Obamanın qərarının kölgədə qalanlara yardım edəcəyini deyir. " Onlar qanuni və mənəvi baxımdan Amerika iqtisadiyyatı, Amerika cəmiyyətinə inteqrasiya edəcək. Lakin bu qərar respublikaçıların qütbləşməsi baxımından əks-produktiv təsirə malik olacaq.”

Sənədsiz mühacirlər prezidentin qərarını alşıqlasa da, bəziləri müvəqqəti çarə barədə təzadlı fiikirlərə malikdir.

Tony Payan deyir ki, müvəqqəti ölçülər qanuni statusa müraciətlə bağlı narahatlıqlar yaradır. “Şəxsi məlumatları hökumətə açıqladıqdan sonra gələcək prezidentin bu qərarı davam etdirməməsi ilə onların yerləri asanlıqla müəyyən ediləcək və onlara rədd cavabı veriləcək.”

Respublikaçılar isə Meksika ilə sərhədlərin möhkəmləndirilməsini istəyir.

Bu yaxınlarda Texas sərhədlərinə axışan mühacirlər mövcud narahatlıqları daha da dərinləşdirmişdi.

Respublikaçılar demokratların qanunsuz mühacirlərə vətəndaşlıq yolunun açılması təklifinin də əleyhinədir. Onlar bunu demokrat seçicilərin sayının artırılması cəhdi kimi qiymətləndirir.

Hyustondan mühacirət vəkili Çarlz Fosterin dediyinə görə, mühacirlərin çoxu vətəndaşlıq deyil, leqal status sorağındadır. “Prezident Reyqanın imzaladığı qanuniləşmə sazişinə nəzər salınsa, son 40 ildə mühacirlərin yalnız 30 faizi vətəndaşlığa müraciət edib.”

Foster mühacirət məsələsinin Respublikaçılar Partiyasında parçalanmaya yol açdığını deyir. “Biznes icmalarının mühacirətə böyük dəstək nümayiş etdirməsi ilə yanaşı, respublikaçıların sərtxətt təmayüllü qanadı bunun qətiyyiətlə əleyhinə çıxacaq.

Ekspertlər gələn il respublikaçıların nəzarətində olan Konqreslə prezident Obama arasında islahatlarla bağlı razılıq əldə ediləcəyini düşünmür.

İslahatlar qanunu çox ehtimal ki, 2016-cı ilin prezident seçkilərinədək arxa plana çəkiləcək.

XS
SM
MD
LG