Accessibility links

Kubadakı “akustik hücumda” ABŞ səfirliyinin azı 16 əməkdaşı xəsarət alıb


Kubadakı “akustik hücumda” ABŞ səfirliyinin azı 16 əməkdaşı xəsarət alıb.

Bunu ABŞ Dövlət DEpartamentinin sözçüsü Heater Noert bəyan edib.

Dövlət Departamenti hazırda insidentlə bağlı istintaq aparır, amma Vaşinqtonda “hücumun” mənbəyi və səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

“Biz təsdiqləyə bilərik ki, səfirlikdə işləyən azı 16 dövlət qulluqçusunda bu və ya digər simptomlar müşahidə olunub”, Noret jurnalistlərə deyib.

ABŞ Dövlət Departamenti bundan əvvəl Kubadakı ABŞ diplomatlarına hansısa “akustik hücum” edilməsi və səfirliyin bir sıra əməkdaşlarının eşitmə qabiliyyətini itirmələri barədə məlumatı təsdiqləyib.

Dövlət Departamenti Kubanı hücuma görə günahlandırmasa da, diplomat heyətini geri dönməyə səsləyib.

Rəsmi Havana diplomatlara qarşı hansısa silah işlədilməsi ilə bağlı şübhələri rədd edib.

Kuba rəhbərliyi bildirib ki, öz ərzisində diplomatlara hücum edilməsinə heç bir halda imkan verilə bilməz.

XS
SM
MD
LG