ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul etməlidir. Görüş zamanı İranın nüvə danışıqları müzakirə mövzusu olacaq.
Daha əvvəl BMT-nin Baş Assambleyasında çıxışı zamanı Netanyahu demişdi ki, İran sanksiyaların ləğvinə çalışmaqla yanaşı, nüvə proqramını inkişaf etdirir. O, nüvə silahına malik olan İranın İraq və Suriyada fəaliyyətdə olan İŞİD-dən də təhlükəli olacağı barədə xəbərdarlıq verib.
İran və dünyanın 6 ölkəsi arasında razılığın əldə edilməsinə noyabr ayının 24-dək möhlət verilib. İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını azaltmalıdır.