ABŞ dövlət katibinin silahlara nəzarət məsələləri üzrə köməkçisi Roza Qottemoller oktyabrın 14-19-da regiona səfər çərçivəsində Bakıda olacaq. Bu barədə Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, cənab Qottemoller Bakıya Astanadan gələcək. Oktyabrın 12-14-də Astanada nüvəsiz dünya üzrə Beynəlxalq Forum keçiriləcək. Sonra o, Bakıdan Tbilisyə və Yerevana səfər edəcək, yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcək.