Accessibility links

Amerikalı tələbələrin Dağlıq Qarabağdan təəssüratları [Video]


Amerikalı tələbələrin Dağlıq Qarabağdan təəssüratları
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Amerikalı tələbələrin Dağlıq Qarabağdan təəssüratları

Vaşinqtonun Cons Hopkins Universitetində "Dağlıq Qarabağ-Münaqişəsini Anlamaq" başlıqlı konfrans keçirildi

Aprelin 2-də Vaşinqtonda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitunda “Dağlıq Qarabağ-Münaqişəni Anlamaq” başlıqlı konfrans keçirilib. Tədbirin mühazirəçiləri 2013-cü ilin yanvar ayında Azərbaycana, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Ermənistana səfər etmiş universitetin 16 maqister və doktorantura tələbəsi və iki professor regiondakı vəziyyət barədə məlumat verib. Onlar bölgələrdə brifinqlərdə iştirak edib, münaqişə tərəflərinin rəsmiləri və sivil cəmiyyətin nümayəndələri ilə görüşüblər.

Tədbiri giriş sözü ilə açan professor Villiam Zartman Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb və çox təbəqəli, ən uzun çəkən konfliktlərdən biri olduğunu vurğuladı. “Bu münaqişənin dövlətlər və beynəlxalq səviyyədə olması ilə yanaşi şəxsi və milli çalarların mövcudluğu münaqişəni anlamağı çətinləşdirir,” deyə o bildirdi.

Tədbirdə sıra ilə öz təcrübələrini bölüşən tələbələr, beynəlxalq və qonşu ölkələrin münaqişənin həllində mühüm rol oynadıqlarını söylədilər.

Tara Sitaler adlı tələbə səfər zamanı rəsmilərlə yanaşı bölgə sakinləri, qaçqınlar və müharibə iştirakçıları ilə görüşdüyünü dedi. Onun Dağlıq Qarabağda qarşılaşdığı bir qadının Azərbaycan analarına verdiyi mesajda qarşı tərəfin analarını sülhə çağırdığını və öz oğlunu artıq müharibədə itirdiyini bildirdi. Xanım Tara anaların sülh tərəfdarı olmasına baxmayaraq, bölgədə qərar vermə səlahiyyətinə malik olanların bu münaqişədən mənfəət güddüklərini qeyd etdi.

“Bizim bölgəyə səfərimizin məqsədlərindən biri də rəsmi görüşlərlə yanaşı sadə insanların baxışları ilə tanış olmaq olub. Hər kəs məsələnin sülh yolu ilə həllini istəyir. Konfransda vurğuladığımız kimi kəskin ritorika hər iki tərəfdə qarşı tərəf haqda sərt təsəvvürün yaranmasına yol açıb. Bununla yanaşı hamı gələcəyə sülh ümidi ilə baxır.”

Başqa bir tələbə, İvan Benoviç regional dövlətlərin rolundan danışdı. O, Rusiya, İran və Türkiyənin münaqişənin həllinə böyük təsir etdiklərini deyib. O, Rusiyanın münaqişənin həllində maraqlı olmadığını, və əgər konflikt həll yolunu taparsa, Rusyanın hər iki dövlət Azərbaycan və Ermənistan üzərində təsir imkanlarını itirəcəyini bildirdi.

Bölgədə səfərdə olmuş professor Terrans Hopman Dağlıq Qarabağ münaqişəsinin dünyada ən mürəkkəb konfliktlərdən biri olduğunu bildirdi və bu problemin tezliklə həllini tapacağını güman etmədiyini söylədi.

Terrans Hopman Amerikanın Səsinə müsahibədə səfərin məqsədinin Dağlıq Qarabağ probleminin köklərini daha dərindən anlamaq, münaqişənin həlli səylərini qiymətləndirmək, barışıq əldə etmək və prosesdən hər iki tərəfin bəhrələnməsi üçün tövsiyələr vermək olduğunu dedi.

"Səyahət tələbələrə hazırda davam edən konfliktlə yaxından tanış olmaq, münaqişənin səbəblərini təhlil etmək, hər iki tərəfin faktlarını toplamaq imkanı verdi. Bu səyahətlər tərəflərə bizimlə əlaqə saxlamaq, fikirlərini paylaşmaq, həmçinin tələbələrə münaqişəni necə təhlil etmək və məsələnin həllinə yönəlik siyasi tövsiyələr verməyə şərait yaratdı. Bunlar bəzən mükəmməl tövsiyələr olmasa da ən azından tələbələrin diaqnoz qoymaq təcrübərləri yaranır."

Konfrans səfirlik nümayəndələrinin və tələbələrin sual və fikirləri ilə yekunlaşdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG