Accessibility links

Amazon yeni qərargahlarının yerini açıqladı


Amazon yeni qərargahlarının yerini açıqladı
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Amazon-un yeni qərargahları Nyu-York şəhəri və Virciniyanın Arlinqton şəhəri arasında bölünəcək. Şirkətin yeni ofislərinin hər birinin sahəsi 371 min kvadrat metr olacaq və 25 000 insanı işlə təmin edəcək.

Bununla bərabər, Amazon Tennessi ştatının Neşvil şəhərində əlavə əməliyyat mərkəzi açacaq. Bu ərazinin sahəsi 93 min kvadrat metr olacaq və 230 milyon investisiya cəlb edəcək. Mərkəzdə 5 000 tam ştat işçi olacaq.

Amazonun bildirdiyinə görə, Nyu-York, Virciniya və Tennessi ştatlarının vergi ödəyiciləri hər iş yerinə görə müvafiq olaraq 48 000, 22 000 və 13 000 dollar ödəyəcək. Amazon bütövükdə bir milyard dollardan çox vergi güzəşti almış olacaq.

Digər şəhərlərin daha yaxşı təkliflər verdiyi bildirilir. Baltimore Sun qəzətinin yazdığına görə, bu şəhər şirkətə 8 milyonluq təklif verib və bu təklifə vergi güzəştləri, infrastruktur və nəqliyyatın inkişafı daxil idi.

Amazon-un bloquna əsasən, şirkət şəhər seçimi zamanı nəqliyyat sistemi, işçi qüvvəsi və biznes mühitinə diqqət ayırıb.

XS
SM
MD
LG