Accessibility links

Amazon Hindistan bazarına 3 milyard dollar investisiya yatırır


Amazon Kindle
Amazon Kindle

Pərakəndə onlayn satış nəhəngi Amazon.com Hindistandakı əməliyyatlarına 3 milyard dollar investisiya yatırır. Bunu şəbəkənin təsisçisi Cef Bezos ABŞ-Hindistan Biznes Şurasının illik sammitində nitq söyləyərkən bildirib.

Əlavə investisiyalar sayəsində Amazon Hindistana 5 milyard dollar sərmayə qoyacaq.

Amazon ABŞ-da ən iri onlayn satış biznesinə malikdir.
Amazon ABŞ-da ən iri onlayn satış biznesinə malikdir.

Bezosun sözlərinə görə 2013-cü ildə fəaliyyətə başlayan Amazon Hindistan ölkədə 45,000 insanı iş yeri ilə təmin edib. Onlayn satış şəbəkəsinin Hindistan üçün iqtisadi əhəmiyyəti artmaqda davam edir.

Hindistan dünyada sürətlə inkişafda olan bir çox elektron ticarət bazarlarına ev sahibliyi edir. Morqan Stenliyə görə, 2020-ci ildə elektron ticarət bazarlarının ümümi dəyərinin 119 milyard dollar olması gözlənilir.

Amazon Hindistan bazarında “Flipkart” və “Snapdeal” adlı elektron ticarət markalarının sərt rəqabəti ilə üzləşib. “Flipkart” və “Snapdeal” hər biri uyğun olaraq 3.15 milyard və 1.54 milyard dollar risk kapitalına sahibdirlər.

Morqan Stenlinin məlumatına əsasən fevral ayında elektron ticarət bazarında Flipkart 45 faiz payı ilə 1-ci, Snapdeal 26 faiz payı ilə 2-ci, Amazon isə 12 faizlə 3-cü olub.

XS
SM
MD
LG