Accessibility links

Amazon şirkətinin təsisçisi Ceff Bezos dünyanın ən zəngin adamıdır


Amerika mətbuatının verdiyi məlumata görə, Bill Geyts artıq dünyanın ən zəngin adamı deyil və bu titula indi Amazon şirkətinin icraçı direktoru Ceff Bezos malikdir.

Forbers jurnalının məlumatına əsasən, Amazon şirkətinin təsisçisinin varidatı 90,6 milyard dollar təşkil edir. Microsoft şirkətinin sahibi Bill Geytsin varidatı isə 90 milyard dollar kimi göstərilir.

Microsoft şirkətinin təsisçisi Bill Geyts
Microsoft şirkətinin təsisçisi Bill Geyts

Ekspertlərin fikrincə, bazar göstəricilərinin dəyişməsi bu nisbətdə dəyişikliklə nəticələnə bilər.

Bezosun varidatının artmasına son illər Amazon şirkətinin aksiyalarının 40 faiz yüksəlməsi səbəb olub.

Bu ilin aprel ayında Bezos Amazon şirkətinin səhmlərinin 81 milyonuna malik idi. Bu, şirkətinin dəyərinin 17 fazini təşkil edir.

XS
SM
MD
LG