Accessibility links

Amal Kluni Xədicə İsmayılovanı Avropa Məhkəməsində təmsil edəcək


Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

O, Xədicə İsmayılovanın adını çəkməsə də, "Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin" işini götürməsindən danışaraq, onun "olduqca cəsur bir qadın olduğunu" deyib.

Kluni jurnalistin yataq otağında video kameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, "jurnalisti saxlamayıb və indi o, saxta ittihamlarla dəməir barmaqlılar arxasındadır."

Amal Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG